İQTİSADİYYAT
Hüsülü-Kürdlər-Şərəfxanlı-Mirzəhaqverdili avtomobil yolunun tikintisi davam etdirilir
Ağcabədi, 10 noyabr (AZƏRTAC). Prezident İlham Əliyevin 2013-cü il 2 sentyabr tarixli Sərəncamına uyğun olaraq Ağcabədi rayonunda iyirmi üç min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Hüsülü-Kürdlər-Şərəfxanlı-Mirzəhaqverdili avtomobil yolunun tikintisi davam etdirilir.
AZƏRTAC xəbər verir ki, ümumi uzunluğu 41 kilometr olan yolun 19,4 kilometr hissəsində yol yatağı işlənib hazırlanmış, 42 ədəd suötürücü quraşdşrılmış, 15 kilometrdə asfalt salınmışdır. Yolun eni 6 metr, asfalt örtüyünün qalınlığı 10 santimetrdir. Hazırda yolun digər hissəsinə də asfalt döşənməsi davam etdirilir. Yolun Şərəfxanlı-Mirzəhaqverdili kəndlərini birləşdirən 19,4 kilometr hissəsində işlərin noyabrın sonunda başa çatdırılması nəzərdə tutulmuşdur.
Yolun Hüsülü-Kürdlər kəndləri birləşdirən 21,6 kilometrlik hissəsinin tikintisi 2014-cü ildə aparılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [15:33]
Bakı Metrosunda QR bilet istifadəçilərinin sayı 1 milyonu ötüb
- 02.07.2024 [15:17]
Paytaxtın Azadlıq prospektində təmir işləri aparılır VİDEO
- 02.07.2024 [15:07]
Tverdə Azərbaycan məhsullarının təqdimatı keçirilib
- 02.07.2024 [15:02]
Gömrük nəzarətindən gizlədilən məhsullar aşkarlanıb
- 02.07.2024 [14:46]
® ABB “AKA Bank”la müqavilə imzalayıb
- 02.07.2024 [14:33]