İbrahima Vadjinin dublu sayəsində “Qarabağ” klubu “Neftçi”ni məğlub edib
Bakı, 12 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
Sentyabrın 12-də futbol üzrə Azərbaycan Premyer Liqasında III turun mərkəzi qarşılaşması keçirilib.
AZƏRTAC xəbər verir ki, günün və turun son oyununda son çempion “Neftçi” klubu “Qarabağ” komandasını qəbul edib.
“Bakcell Arena”dakı qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Qarabağ”ın yeni transferi İbrahima Vadji 21-ci dəqiqədə İsmayıl Zülfüqarlının səhvindən sonra hesabı açıb. Seneqallı hücumçu 45-ci dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb.
İkinci hissəyə meydan sahibləri daha fəal başlayıb. “Neftçi”nin kapitanı Emin Mahmudov 47-ci dəqiqədə hesab arasındakı fərqi azalda bilib. “Ağ-qaralar” bir neçə dəfə təhlükəli qol epizodu yaratsalar da, istəklərinə çata bilməyiblər.
Bu nəticədən sonra xallarının sayını 7-ə çatdıran “Qarabağ” klubu “Qəbələ” ilə birlikdə ilk iki pilləni bölüşür. “Neftçi” isə 4 xalla 5-cidir.
Qeyd edək ki, günün digər matçında “Səbail” evdə “Sumqayıt”ı məğlub edib. Turun digər görüşlərində “Zirə” səfərdə “Keşlə”ni, “Qəbələ” isə “Sabah2ı 2:0 hesabı ilə üstələyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]
Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
- 16.10.2026 [10:13]
Azərbaycan Premyer Liqasında VIII tur start götürür
- 16.10.2026 [01:49]
UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib
- 16.10.2026 [01:43]
UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [23:16]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:43]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [22:24]
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
- 15.10.2026 [21:39]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var
- 15.10.2026 [21:35]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:48]
Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir
- 15.10.2026 [20:35]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [20:28]