İctimai iaşə obyektlərində operativ nəzarət tədbirləri gücləndirilməlidir
Bakı, 5 fevral, AZƏRTAC
Nazirlər Kabinetinin qərarına əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ilə ictimai iaşə obyektlərinin rəhbərləri tərəfindən daxili qaydada təyin olunmuş məsul şəxslər arasında videokonfrans formatında görüş keçirilib.
İclas zamanı agentliyin şöbə müdiri Əkbər Əliyev yoluxma hallarının səmərəli idarə edilməsi, qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə bu cür hallarla bağlı təsirlərin minimuma endirilməsi üçün məsul şəxslər tərəfindən operativ nəzarətin mütəmadi qaydada həyata keçirilməsinin zəruriliyini görüş iştirakçılarının diqqətinə çatdırıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə qeyd olunub ki, xəbərdaredici məlumatların qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə çatdırılması, işçi heyət üçün gigiyena və sanitariya qaydaları ilə əlaqədar təlimlərin təşkili məsul şəxslərin vəzifələrindəndir. İctimai iaşə müəssisələrinə təyin olunan məsul şəxslər bütün təmizlik və dezinfeksiya tədbirlərinin ardıcıl olaraq qeydiyyatının aparılması üçün keyfiyyətə nəzarət cədvəllərini tərtib etməli və onların icrasını diqqətdə saxlamalıdırlar. Görüşdə bildirilib ki, məsul şəxslər barədə müvafiq məlumatların Qida Təhlükəsizliyi Agentliyinə təqdim edilməsinə monitorinqlər zamanı ciddi nəzarət olunur və qaydalara əməl etməyən müəssisələr aşkar olunduqda onların fəaliyyəti barədə qanunvericiliyə uyğun tədbirlər görülür.
Təyin edilmiş məsul şəxslərin gördüyü işlər barədə hesabatlar dinlənilib, onların sualları agentlik mütəxəssisləri tərəfindən cavablandırılıb, belə görüşlərin mütəmadi olaraq həyata keçirilməsi qərara alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]