“İdeyadan biznesə” layihəsi çərçivəsində dəyirmi masa keçirilib
Bakı, 26 avqust, AZƏRTAC
“İdeyadan biznesə” (I2B) layihəsi çərçivəsində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), “Regional İnkişaf” İctimai Birliyi və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Təlim-Tədris Mərkəzində innovasiya sahəsində fəaliyyət göstərən dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə “Milli innovasiya ekosisteminin regional klasterlərinin formalaşması” mövzusunda dəyirmi masa keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, regionlarda innovasiya və Dördüncü Sənaye İnqilabının texnologiyalarından istifadənin təşviqinin genişləndirilməsi məqsədilə keçirilən tədbirdə ekspertlərin məruzələri dinlənilib, sahə üzrə çağırışlar, potensial əməkdaşlığın formalalaşdırılması və digər məsələlər müzakirə olunub, təqdimatlar keçirilib və mövzu üzrə suallar cavablandırılıb. Tədbir iştirakçıları “İdeyadan biznesə” layihəsi çərçivəsində formalaşan startaplarla panel müzakirələrində iştirak edib, gənclərlə müvafiq sahədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, avqustun 22-26-da keçirilən “İdeyadan biznesə” düşərgəsi “Regional İnkişaf” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə icra edilən “Yay Fest“ layihəsi çərçivəsində təşkil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:04]
Elektrik avtomobillərin artması sığorta bazarına necə təsir edir?
- 05.06.2026 [16:42]
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 8,2 faiz artıb
- 05.06.2026 [16:33]
® Bakıda yeni “Xiaomi 17T” seriyasının təqdimatı olub
- 05.06.2026 [16:18]