İQTİSADİYYAT
“İdeyadan Biznesə” startap turlarının respublika üzrə qalibləri seçilir
Bakı, 26 oktyabr, AZƏRTAC
Azərbaycanda ilk dəfə təşkil edilən beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində “İdeyadan Biznesə” layihəsi üzrə keçirilən startap turlarının qaliblərinin final yarışı keçirilir.
AZƏRTAC xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, nazirlər, ali təhsil müəssisələrinin rəhbərləri, srartapçılar və tələbələr iştirak edib.
İştirakçılar əvvəlcə Heydər Əliyev Mərkəzinin foyesində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən yaradılan innovativ məhsul və xidmətlərin nümayiş olunduğu "İnnEkspo" sərgisi, "Azərmarka" MMC-yə məxsus stenddə sərgilənən marka və suvenirlərlə tanış olublar.
Məlumat verilib ki, bu ilin aprel ayından etibarən "İdeyadan Biznesə" layihəsinin icrasına başlanılıb.
Daha sonra startap turunun final mərhələsi başlayıb. İlk öncə 8 regionu əhatə edən startap marafonuna dair videoçarx nümayiş olunub.