Azərbaycan Dövlət İnformasiya Agentliyi

İƏT Parlament İttifaqı İcraiyyə Komitəsinin sessiyasında Ermənistanın təcavüzkar siyasətindən danışılıb

İƏT Parlament İttifaqı İcraiyyə Komitəsinin sessiyasında Ermənistanın təcavüzkar siyasətindən danışılıb

Bakı, 28 oktyabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, bu günlərdə Ankarada İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı (İƏT Pİ) İcraiyyə Komitəsinin 36-cı sessiyası keçirilib.

Sessiyada ölkəmizi Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinə deputatlar Gövhər Baxşəliyeva və Mirkazım Kazımov daxil idi.

Tədbirdə İƏT Parlament İttifaqının İcraiyyə Komitəsində təmsil olunan 12 üzv dövlətin nümayəndə heyətləri iştirak edib. Sessiyada Asiya qrupundan İcraiyyə Komitəsinin üzvləri - Azərbaycan, Əfqanıstan, İran, Pakistan və ev sahibi Türkiyənin parlamentariləri təmsil olunublar. Yeddi ölkənin nümayəndə heyəti tədbirə spiker səviyyəsində qatılıb.

Sessiyanın açılışından sonra gündəlik və iş proqramı qəbul edilib.

Sonra İƏT Pİ-nin baş katibi Mahmud Erol Kılıcın hesabatı dinlənilib. Daha sonra İƏT Pİ-nin sonuncu konfransında qəbul edilmiş qətnamələrin yerinə yetirilməsi ilə bağlı atılacaq addımlar müzakirə olunub.

Gündəliyin dördüncü məsələsinə əsasən təşkilatın dörd ixtisaslaşmış komitəsinin - siyasi məsələlər və xarici əlaqələr, iqtisadi məsələlər və ətraf mühit, insan haqları, qadın və ailə məsələləri və mədəni və hüquqi məsələlər, sivilizasiyalar və dinlərin dialoqu üzrə komitələrin beşinci yığıncaqlarının gündəlik layihələrinin tərtib edilməsi məsələsinə baxılıb.

Daha sonra 2017-ci ilin yanvarında keçiriləcək Fələstin üzrə daimi komitənin yeddinci yığıncağının və müsəlman qadın parlamentarlarının altıncı konfransının gündəlikləri müzakirə olunaraq qəbul edilib.

Yığıncaqda, eyni zamanda, İƏT Parlament İttifaqının baş komitəsinin növbəti sessiyasının gündəliyi tərtib edilib. Həmçinin İƏT Parlament İttifaqı Konfransının 12-ci sessiyasının keçirilmə yeri və tarixi müəyyənləşdirilib. Qərara alınıb ki, İƏT Pİ Konfransının 12-ci sessiyası 2017-ci il yanvarın 23-28-də Mali Respublikasının paytaxtı Bamako şəhərində keçirilsin. Bamako sessiyasının gündəliyi qəbul edilib. Gündəliyə Qüds, Fələstin problemi, Suriya və Livanın işğal altında qalan əraziləri, Fələstində hazırkı durum, Suriyada humanitar vəziyyət, terrorizmin bütün forma və təzahürləri ilə mübarizə, xalqların müasir texnologiyalardan sülhməramlı məqsədlərlə istifadə etmə hüququnun tanınması, Yaxın Şərq regionunun kütləvi qırğın vasitələrindən, o cümlədən atom silahından azad region elan edilməsi, İraqda, Sudanda, Somalidə, Malidə və Çaddakı vəziyyətin müzakirəsi, Suriya, İraq, Əfqanıstan və Myanmada miqrasiya və qaçqınlar problemi, terrorizmə və zorakılığa qarşı müsəlman ölkələrinin əməkdaşlığı və siyasətlərinin koordinasiyası, Kipr, Cammu və Kəşmirdəki vəziyyət, dünya müsəlman azlıqları ilə həmrəylik, Qərbi Trakiyada, Myanmada müsəlman azlıqların, Cənubi Filippində müsəlmanların vəziyyəti, Mərkəzi Afrikada müsəlman azlıqların, Krımda müsəlman tatarların vəziyyəti, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı, dözümsüzlük, islamofobiya və ksenofobiya ilə mübarizə, müsəlman ölkələrində viza alınmasının qarşılıqlı asanlaşdırılması və s. məsələlər salınıb.

Gövhər Baxşəliyeva sessiyanın yekununda qəbul ediləcək Ankara bəyannaməsinin müzakirəsi zamanı çıxış edərək sənəd layihəsinin Azərbaycana aid hissəsinə bu mətnin əlavə olunmasını təklif edib. Mətndə deyilir: “Ermənistanın silahlı qüvvələrinin Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir, Ermənistandan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyi və BMT-nin müvafiq qətnamələrini yerinə yetirməyi tələb edir”. Təklif yekdilliklə qəbul edilib.

Sessiyanın ikinci iş günü də maraqlı müzakirələrlə yadda qalıb. Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın sədrlik etdiyi sessiyada o, 15 iyul dövlət çevrilişi cəhdindən, türk xalqının FETÖ tərəfdarları üzərində qazandığı qələbə və bu zaman göstərdiyi birlik, həmrəylik, şücaət, Prezident Rəcəb Tayyib Ərdoğan ətrafında sıx birləşməsi haqda danışıb. “Xalqımız əsgər forması geyinmiş bir ovuc terroristin qarşısını aldı”, - deyən İ.Qəhrəman Türkiyədəki son hadisələri türk xalqının demokratiya yolunda böyük qələbəsi kimi səciyyələndirib.

Sonra çıxışlar başlayıb. Əfqanıstan Xalqlar Palatasının sədri İbrahim Rayf İbrahim, Mali parlamentinin spikeri İssaka Sidibe, Pakistan parlamentinin sədri Ayaz Sadiq, Sudan parlamentinin spikeri İbrahim Əhməd Ömər və başqaları çıxış ediblər.

Sessiyada Azərbaycan nümayəndə heyətinin adından Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov çıxış edib. O, İƏT Pİ-nin fəaliyyətinə, qardaş Türkiyədə baş vermiş son hadisələrə münasibət bildirib, Azərbaycanın Dağlıq Qarabağ regionunun və ətraf rayonlarının Ermənistan tərəfindən işğal olunmasından danışıb.

Sessiyanın yekununda Ankara bəyannaməsi qəbul edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib

Torpaqdan yoğrulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi VİDEO

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi VİDEO

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib