İki Müqəddəs Məscidin xadimi, Səudiyyə Ərəbistanı Kralı Abdullah bin Əbdüləziz Al Səuddan
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu
Hörmətli Prezident,
Ölkənizin milli bayramı münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından Zati-alinizə ən səmimi təbriklərimizi çatdırır, Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına inkişaf və çiçəklənmə arzu edirik.
Zati-alinizə hörmət və ehtiramla,
Qardaşınız,
Abdullah bin Əbdüləziz Al Səud
İki Müqəddəs Məscidin xadimi,
Səudiyyə Ərəbistanı Kralı