İkinci Bakı Tanqo Festivalı davam edir
Bakı, 17 noyabr, AZƏRTAC
İkinci Bakı Tanqo Festivalı çərçivəsində noyabrın 17-də “Landmark” otelində Argentina tanqosu gecəsi - milonqa-şou keçirilib.
AZƏRTAC xəbər verir ki, gecədə Türkiyə, Gürcüstan və Argentinadan olan istedadlı rəqqaslar tanqonun bütün gözəlliyini nümayiş etdiriblər. Ölkəmizi İlham Osmanov və Əlfiyə Sultanova, Emil və Lalə Gözəlovlar, Zaur Ramazanov və Lenay Seyidəlizadə cütlükləri təmsil ediblər.
Rəqqasların coşqun rəqsləri böyük maraqla qarşılanıb.
Qeyd edək ki, festival Argentinanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçirilir. Tədbirin əsas məqsədi ölkəmizdə tanqoya marağı artırmaqdır.