Azərbaycan Dövlət İnformasiya Agentliyi

İkinci Beynəlxalq Qarabağ - Tətbiqi Elmlər Konqresi işə başlayıb

Bakı, 8 noyabr, AZƏRTAC

Noyabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Zəfər Gününə və şəhidlərimizin əziz xatirəsinə həsr edilən İkinci Beynəlxalq Qarabağ - Tətbiqi Elmlər Konqresi hibrid rejimdə işə başlayıb.

AZƏRTAC xəbər verir ki, “Zoom” platforması üzərindən dünyanın 20-dən çox ölkəsindən nümayəndələrin qatıldığı konqresin Azərbaycan tərəfindən təşkilatçıları AMEA, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Genetik Ehtiyatlar İnstitutu, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Xəzər Universiteti, Naxçıvan Universitetidir. Türkiyə tərəfindən təşkilatçılar isə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutudur.

Tədbirdə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, 44 günlük Vətən müharibəsindəki Zəfərə həsr edilən videoçarx nümayiş olunub.

Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edən AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən, AMEA-nın akademik-katibi, akademik Arif Həşimov beynəlxalq konqresin məhz belə bir gündə keçirilməsini mühüm tarixi hadisə adlandırıb.

Akademik bildirib ki, 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi ilə 44 günlük Vətən müharibəsi məntiqi sonluğa çatdırılmış oldu. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əzmkarlığı, qətiyyəti, Azərbaycan Ordusunun misilsiz şücaəti hesabına qazanılan tarixi Qələbə sayəsində Qarabağ öz həqiqi sahibinə qaytarıldı. Bu tarixi gündə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə anır, yaralılara, qazilərimizə Allahdan şəfa və uzun ömür diləyirik. Onların hər biri xalqımızın qürur yeri, fəxarət qaynağıdır.

Vətən müharibəsindəki tarixi Zəfərin ardınca dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Qarabağda genişmiqyaslı bərpa işlərinə, böyük quruculuq fəaliyyətinə başlanılıb. Azərbaycan Prezidentinin nəzarəti altında həyata keçirilən bu işlər artıq öz bəhrəsini verməkdə, ardıcıl planlaşdırılan və gerçəkləşdirilən infrastruktur, ağıllı kənd və şəhər layihələri regionun simasını sürətlə dəyişdirməkdə, Qarabağ bölgəsi gülüstana çevrilməkdədir. Regionun iqtisadi inkişafında, bütün türk dünyasının yerüstü kommunikasiyalar vasitəsilə əlaqələndirilməsində mühüm rol oynayacaq Zəngəzur dəhlizinin açılması və fəaliyyəti üçün müvafiq addımlar atılmaqdadır. Torpaqların erməni işğalından azad edilməsi sayəsində 30 ildən sonra regiona elmin də böyük qayıdışı başlanıb. AMEA, eyni zamanda, elmi kollektivlərimiz ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi işinə öz töhfəsini verdiyi kimi, Qarabağın bərpasında da üzərinə düşən öhdəlikləri tam məsuliyyətlə yerinə yetirməyə hazırdır və bunun üçün bütün potensiala malikdir.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova İkinci Beynəlxalq Qarabağ - Tətbiqi Elmlər Konqresinin Zəfər Gününə və şəhidlərin xatirəsinə həsr olunduğunu söyləyib. Akademik bildirib ki, Ulu Öndərin siyasi, iqtisadi və hərbi siyasətini uğurla davam və inkişaf etdirən Azərbaycan dövlətinin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın vahid amal uğrunda dəmir yumruq kimi birləşməsi dənizdən-dənizə Ermənistan ideyasını yerlə-yeksan etdi, Ermənistan adlı vassal qurumun müstəqil dövlət şəkildə mövcudluğunu belə sual altına saldı. Şanlı Qələbənin ən vacib təməl daşlarından biri Azərbaycan xalqının dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə Müzəffər Ali Baş Komandanla yanaşı dayanması, iqtidar-xalq birliyinin sarsılmazlığı olmuşdur. Müstəqillik illərində vətənpərvərlik ruhunda tərbiyə alaraq böyümüş Azərbaycan gəncləri, qanları ilə bayrağımıza al rəng vermiş şəhid və qazilərimiz, arxa cəbhədə çalışan fədakar insanlarımız ölkə rəhbərinin bir çağırışı ilə ayağa qalxdılar, əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdilər. Böyük Qələbənin qazanılmasının daha bir mühüm amili Türkiyə - Azərbaycan qardaşlığı, Türkiyə dövləti və xalqının Azərbaycanın haqq işinə siyasi və mənəvi dəstəyi oldu. Müharibənin ilk günündən Türkiyə Respublikası Prezidentinin bütün dünyaya mesajları, aydın, birmənalı və sərt açıqlamaları Azərbaycana əlavə güc verdi, birliyimizin, qardaşlığımızın əbədiliyinin daha bir təzahürü oldu.

2021-ci il iyunun 15-də türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ölkələrimiz arasında münasibətləri yeni səviyyəyə qaldırdı. Bütün bu məsələlər Füzuli Beynəlxalq Hava Limanının açılışında və Zəngilan rayonunun Ağalı kəndində hər iki ölkənin prezidentlərinin çıxışlarında, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalında, Müzəffər Ali Baş Komandanın bütün dünyaya verdiyi mesajlarda öz əksini tapıb.

Vurğulanıb ki, Qarabağın bərpası, kommunikasiya xətlərinin çəkilişi, “ağıllı” kənd və şəhərlərin tikintisi, təsərrüfat sahələrinin yenidən fəaliyyətə başlaması sürətlə davam edir, Qarabağ bölgəsi gülüstana çevrilməkdədir. Məlumdur ki, 30 ilə yaxın bir müddətdə işğal altında qalmış Qarabağda ermənilər tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə, ümumbəşəri dəyərlərə zidd olaraq biomüxtəliflik, yeraltı və yerüstü sərvətlər talan edilib, meşə, otlaq, torpaq və su ehtiyatlarından düşməncəsinə istifadə olunub. Qiymətli ağacların üstünlük təşkil etdiyi meşələr, o cümlədən Avropada yeganə olan unikal çinar meşəsi, yüz və min illərə şahidlik etmiş çox qədim çinar ağacları ermənilər tərəfindən kəsilərək məhv edilib. Azərbaycanın “Qırmızı kitabı”na düşmüş onlarla bitki və heyvan növləri tamamilə itmək təhlükəsinə məruz qalıb. Təəssüf ki, işğal dövründə bu ərazilərdə hər hansı tədqiqat işi aparmaq mümkün olmayıb. Biz hələ müharibənin gedişində və Qələbədən dərhal sonra Azərbaycan alimlərinin Böyük Qayıdışa və böyük dirçəlişə öz töhfələrini verməyə hazır olduqlarını bəyan etmişdik. Artıq deyə bilərik ki, Qarabağa elmin böyük qayıdışında, bərpa proseslərində Azərbaycan Milli Elmlər Akademiyası, elmi kollektivlərimiz fəal iştirak edirlər. Bu gün Qarabağın yeraltı və yerüstü, canlı və cansız, təbii və mədəni sərvətləri, mövcud bioloji və ekoloji durumu, inkişaf perspektivləri ciddi multidisiplinar tədqiqatların mövzusuna çevrilib. AMEA-da qəbul edilmiş qərarlar, “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılacaq elmi tədqiqat işləri, elmtutumlu bərpa və quruculuq layihələri üzrə AMEA-nın fəaliyyət proqramı” və “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında tədbirlər planı” yerinə yetirilməkdədir.

Konqresin mövzuları barədə məlumat verən İ.Hüseynova bildirib ki, elm Yer üzündə canlı həyatın davamına və yaşam keyfiyyətinin yüksəldilməsinə, insan cəmiyyətinin tərəqqisinə və rifahının yaxşılaşdırılmasına, beynəlxalq sülh və əməkdaşlığın təmin olunmasına və dərinləşdirilməsinə xidmət etməlidir. Bütün bunlar Azərbaycan və Türkiyənin elmi-tədqiqat və təhsil müəssisəsinin təşkilatçılığı ilə keçirilən bugünkü beynəlxalq konqresin da əsas məramlarıdır. Tətbiqi elmlər sahəsində multidisiplinar tədqiqatların inkişafına töhfələr vermək, onlardan alınmış mühüm nəticələri bölüşmək və fikir mübadiləsi aparmaq, eyni zamanda, tədqiqatların keyfiyyətinin artırılması məqsədilə beynəlxalq elmi platforma yaratmaq konqresin ana xəttini təşkil edir. Azərbaycanın Zəfər Günü və şəhidlərin xatirəsinə həsr edilmiş İkinci Beynəlxalq Qarabağ - Tətbiqi Elmlər Konqresində də mühüm elmi nailiyyətlərin nümayişinə şahidlik edəcəyik və konqresin qarşısına qoyulmuş məqsədlər gerçəkləşəcək.

Daha sonra Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun prezidenti Mustafa Latif Emek çıxış edərək Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib.

M.Emek 30 ilə yaxın bir müddətdə Azərbaycan torpaqlarını, öz havadarlarının köməyilə işğal altında saxlayan Ermənistanın tarix boyu birlikdə yaşadığı xalqlara, qonşu dövlətlərə hər zaman vandalizm siyasəti yeritdiyini, dövlət və millət əxlaqına sığmayan vasitələrlə qarayaxma fəaliyyəti ilə məşğul olduğunu, digər dövlətlərin provokativ siyasətinin alətinə çevrildiklərini diqqətə çatdırıb. O, ermənilərin Azərbaycan xalqına qarşı etdiyi vəhşiliklərin heç bir zaman unudulmayacağını vurğulayıb.

“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şücaəti sayəsində qazanılmış Zəfər yalnız Azərbaycanın deyil, bütün bəşəriyyətin vandalizm üzərində tarixi qələbəsidir”, - deyən institut rəhbəri Qarabağ torpaqlarının bundan sonra sülh, əmin-amanlıq içərisində və insanlığın layiq olduğu bütün dəyərlərə sahib olaraq əbədi Azərbaycan torpağı kimi qalacağına əminliyini ifadə edib.

M.Emek Qarabağın yenidən dirçəlməsində, ermənilərin törətdikləri vandalizm əməllərinin dünyaya çatdırılmasında alimlər üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib, rəhbərlik etdiyi institutun bundan sonra da Qarabağ həqiqətlərinin beynəlxalq arenada tanınması üçün bütün zəruri addımları atacağını deyib. O, bu gün Azərbaycanın yetişdirdiyi alim və mütəxəssislərin dünyanın aparıcı elm mərkəzlərində, qurumlarında və şirkətlərində çalışdıqlarını, Azərbaycan bayrağını dünyanın hər bir nöqtəsində qürurla dalğalandırdıqlarını diqqətə çatdırıb. M.Emek çıxışının sonunda tarixi gündə keçirilən konqresin işinə uğurlar arzulayıb.

Konqres işini bölmələr üzrə davam etdirib.

Qeyd edək ki, noyabrın 10-dək davam edəcək konqresdə riyaziyyat, mühəndislik, fizika, kimya, biologiya, ətraf mühit elmləri, coğrafiya, tibb elmləri, idman elmləri, kənd təsərrüfatı elmləri, baytarlıq elmləri, təhsil elmləri istiqamətləri üzrə məruzələrin dinlənilməsi nəzərdə tutulub. Konqresdə 2 gün ərzində 24 virtual iclas zalında 10-dan çox elm sahəsi üzrə 20-yə qədər ölkədən təqdim edilmiş 220-yə yaxın məruzənin dinləniləcəyi planlaşdırılır. Konqresin Təşkilat Komitəsinə Azərbaycan və Türkiyə respublikalarını təmsil edən tanınmış alim və mütəxəssislər daxildir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağdamda ildırım düşməsi nəticəsində yanğın baş verib

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və müstəqil məhkəmə sisteminin institusional təməlləri

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər