İQTİSADİYYAT
İKT SEKTORUNDA MƏHSUL İSTEHSALI VƏ XİDMƏTLƏRİN HƏCMİ ARTMIŞDIR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, 2008-ci ilin yanvar-iyul aylarında informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun müəssisələrində məhsul istehsalı və xidmətlərin məbləği 534,8 milyon manat olmuş və ya 37,8 faiz artmışdır.
Hesablayıcı elektron maşınlarının və informasiyanı işləmək üçün digər avandanlığın istehsalında 2,7 dəfə, ötürücü cihazların istehsalında 2,6 dəfə, nəzarət-ölçü cihazlarının istehsalında 2,1 dəfə, texnoloji proseslərin tənzimlənməsi və nəzarət cihazlarının quraşdırılmasında 56,5 faiz, elektrik məişət mallarının və radio-televiziya aparatlarının topdansatışında 71,9 faiz, kompyuterlərin və kompyuter periferiya avadanlığının topdansatışı və proqram təminatı 36,1 faiz, məlumat bazaları ilə əlaqədar fəaliyyət 2,3 dəfə, hesablama texnikasının və ofis maşınlarının təmiri, onlara texniki xidmət göstərilməsi 12,3 dəfə, əlavə məsləhətlər və proqram təminatı 131,2 dəfə, elektrik rabitəsi 34,8 faiz, elektron və radioelementlərin istehsalı 4,1 dəfə artmışdır.
Bu sahədə çalışan işçilərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9, 6 dəfə artaraq 19,4 min nəfər olmuş, onların ota aylıq əmək haqqı isə 25,9 faiz artaraq 437,7 manat olmuşdur.