Azərbaycan Dövlət İnformasiya Agentliyi

İMİŞLİ ŞƏKƏR ZAVODUNUN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ

Martın 23-də İmişli rayonunda şəkər zavodunun təntənəli açılış mərasimi olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Mərasimə toplaşanlar dövlətimizin başçısını hərarətlə qarşıladılar.

“Azərsun Holdinq” Şirkətlər Qrupunun prezidenti Abdulbari Gözal zavod barədə məlumat verdi. Bildirildi ki, Azərbaycanda sənaye və kənd təsərrüfatı sektorunun inkişafına mühüm təkan verəcək bu zavodla yanaşı, bir neçə köməkçi müəssisə də fəaliyyət göstərəcəkdir. Zavodun inşasına 2003-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin xeyir-duası ilə başlanmışdır. Müəssisənin işə salınması kənd təsərrüfatının digər sahələrinin də inkişafına, işsizliyin aradan qaldırılmasına kömək edəcəkdir.

Zavodda tikinti-quraşdırma işlərində çalışanların 90 faizini Azərbaycan vətəndaşları, 10 faizini isə Türkiyə, Ukrayna, Çexiya, Polşa, Almaniya və İran mütəxəssisləri təşkil etmişdir. 2006-cı ildə Azərbaycanda şəkər tozu istehlakının 180-200 min ton olacağını nəzərə alsaq, zavod bu tələbatı tam ödəyəcək və xarici ölkələrə də məhsul ixrac olunacaqdır.

Azərbaycan Prezidenti İlham Əliyev xüsusi düyməni basdı və Qafqazda yeganə olan şəkər zavodunu işə saldı. Sonra dövlətimizin başçısı avtobusla zavodun ərazisini gəzdi, çuğundurun yuyulması və anbarlara göndərilməsi prosesini izlədi, suyun duruldulması üçün tikilmiş hovuzlara, müxtəlif istehsal sahələrinə baxdı.

Ümumi tanışlıqdan sonra Azərbaycan Prezidenti zavodun rəsmi açılışını bildirən lenti kəsdi, inzibati binanın iş otaqlarına, laboratoriyalara baxdı və burada yaradılmış şəraiti yüksək qiymətləndirdi.

Sonra zavodun açılışına həsr olunmuş təntənəli mərasim keçirildi. Rayon icra hakimiyyətinin başçısı ƏBÜLFƏZ AĞAYEV mərasimi açaraq dedi:

- Möhtərəm cənab Prezident!

Hörmətli xanımlar və cənablar!

Bu gün İmişli rayonu əhalisinin sevincinin həddi-hüdudu yoxdur. Sizin rayonumuza gəlişiniz əhali arasında yüksək əhval-ruhiyyə yaratmışdır.

Cənab Prezident, respublikamızın sosial-iqtisadi inkişafı ilə bağlı apardığınız uğurlu siyasət ölkəmizin bütün regionlarında olduğu kimi, İmişli rayonunda da öz bəhrəsini verir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, son iki ildə İmişli rayonunda 20 istehsal obyekti, 286 kommersiya və xidmət obyekti tikilib istifadəyə verilmiş, 4246 yeni iş yeri açılmışdır. Bütün bunların nəticəsidir ki, 1990-1992-ci illərdə iş axtarmaq üçün rayondan getmiş insanlar indi işləmək üçün öz doğma yurdlarına qayıdırlar. 2004-cü ildə 46 ailə, 2005-ci ildə isə 191 ailə rayonumuza qayıtmışdır. Əlbəttə, bu, son hədd deyildir. Rayonumuzda aqrar sahənin inkişafına xüsusi diqqət yetirilir. Bu il 5 min hektar sahədə şəkər çuğunduru əkiləcəkdir.

Cənab Prezident!

Sizin neft strategiyasını uğurla həyata keçirməyiniz, neftdən gələn gəlirlərin müəyyən hissəsini qeyri-neft sektoruna yönəltməyiniz aqrar sahənin inkişafına, fermerlərin gübrələrə və yeni texnikaya olan ehtiyaclarının ödənilməsinə güclü təkan vermişdir.

Dahi öndərimiz Heydər Əliyevin İmişlidə dörd dəfə səfərdə olmasını rayon sakinləri dərin minnətdarlıq hissi ilə xatırlayırlar. Bu gün açılışına toplaşdığımız Azərbaycanın ilk şəkər zavodunun da əsası ümummilli liderimiz Heydər Əliyevin xeyir-duası ilə qoyulmuşdur. Bu müəssisənin istifadəyə verilməsi təkcə İmişlinin deyil, ölkəmizin bütün regionlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaqdır.

Regionda şəkər çuğundurunun əkilib becərilməsi ilə məşğul olan insanları da nəzərə alsaq, şəkər zavodunun istifadəyə verilməsi 150 min yeni iş yeri deməkdir.

Rayonumuzda pambıqçılığın inkişafı üçün də geniş imkanlar vardır. Hər iki sahənin paralel inkişafı fermerlər üçün sərbəst seçim şəraiti yaradır. Bu isə, onların maddi vəziyyətinin yaxşılaşmasına kömək edəcəkdir.

Ötən il rayonumuzda 5 orta məktəb binası tikilib istifadəyə verilmiş, 8500 yerlik stadionun tikintisi başa çatdırılmışdır. Cari ildə daha 10 orta məktəb binasının, Qarabağ əlilləri və şəhid ailələri üçün 16 mənzilli 2 yaşayış binasının tikilməsi nəzərdə tutulmuşdur. İmişli şəhərində qazlaşdırma işlərinin aparılması, 330 kv-luq 2-ci İmişli-Parsabad elektrikötürmə xəttinin inşasına başlanması rayonun sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcəkdir.

Cənab Prezident, bütün bunlar Sizin yorulmaz fəaliyyətinizin, apardığınız uğurlu daxili və xarici siyasətin nəticəsidir. Bu, həm də Sizin İmişli gənclərinə, bütövlükdə İmişli camaatına göstərdiyiniz qayğının bariz nümunəsidir.

Möhtərəm cənab Prezident!

İmişli rayonu ictimaiyyətinin Sizə olan məhəbbət və ehtiramı tükənməzdir. Sizi əmin edirəm ki, bundan sonra da ətrafınızda sıx birləşəcək, qarşıya qoyulan vəzifələrin vaxtında icra olunmasına çalışacaq, bu yolda bütün qüvvəmizi sərf edəcəyik.

Sonra “Azərsun Holdinq”in prezidenti ABDULBARİ GÖZAL çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident!

Hörmətli qonaqlar!

Bu gün ümummilli liderimiz mərhum Heydər Əliyevin böyük arzularından biri olan, Azərbaycan Respublikasının hər bir vətəndaşının firavan yaşamasına kömək edəcək nəhəng sənaye obyektinin işə düşməsinin şahidi olursunuz.

Bu müəssisənin sənayecə az inkişaf etmiş İmişlidə tikilməsinə qərar verilməsi mərhum Heydər Əliyevin uzaqgörənliyi və dahiliyinin təzahürüdür.

Hörmətli cənab Prezident!

İcazə verin, zavod haqqında zati-alinizə və qonaqlarımıza qısa məlumat verim. İmişli şəkər zavodu 27 aya tikilmişdir. Tikinti müddətində gündəlik 1800-2500 nəfər çalışmışdır. 5 min avtomatik nəzarət nöqtəsi var. Turbin generatorunun gücü 12 meqavatdır. İlk mərhələdə gündə 6000 ton çuğundur emal ediləcək, 900 ton şəkər tozu istehsal olunacaqdır. Hazırda işçilərin sayı 1100 nəfər, orta əməkhaqqı 250 manatdır. Gələcəkdə gündə 9000 ton çuğundur emal ediləcək, 1500 ton şəkər tozu istehsal olunacaq, işçilərin sayı 1400 nəfərə çatacaqdır. İndiyədək müəssisəyə 87 milyon dollar sərmayə qoyulmuşdur.

Hörmətli cənab Prezident!

Sizə məlum olduğu kimi, indi əkinçiliyi köhnə qayda ilə inkişaf etdirmək mümkün deyildir. Ona görə yüksək texnologiya ilə yanaşı, yeni texnika, avadanlıq və bununla bərabər bilik də tələb olunur.

Kənd təsərrüfatına əsaslanan belə nəhəng müəssisələrin yaradılması, özü ilə bərabər texnoloji nou-hou və bilik də gətirir. İndi Azərbaycan Şəkər İstehsalat Birliyi dünyanın müxtəlif ölkələrindən toxum növləri, texniki avadanlıq gətirir və mütəxəssislər cəlb edir. Bu ona görədir ki, müəssisə ehtiyacı olan xammalla özünü təmin etsin.

Möhtərəm cənab Prezident!

“Azərsun Holdinq” bu nəhəng sərmayə layihələri ilə Azərbaycanın qeyri-neft sektorunda üzərinə düşən işləri görür. Sizin iqtisadi inkişaf strategiyanızı və Azərbaycandakı sabitliyi nəzərə alaraq, bu layihələri ciddi şəkildə həyata keçiririk.

Gələcəkdə soya, raps, günəbaxan, qarğıdalı emal edən, şəkər çuğundurundan çıxan cecədən yem hazırlayan müəssisələr də yaradacağıq. Zavodda şəkər istehsalı ilə yanaşı, xəmir mayası, yeyinti spirti, limon turşusu və s. qiymətli məhsullar istehsal etmək imkanları da mövcuddur. Zavodun illik tələbatını ödəmək üçün 20 min hektar sahədə çuğundur əkdirəcək, mal-qara və toyuq yeminin istehsalını təşkil edəcəyik. Bu da ölkədə ət və süd məhsulları bolluğunun yaradılmasına və əlavə çoxlu iş yerlərinin açılmasına səbəb olacaqdır.

Ümumiyyətlə, 80 min hektar əraziyə bu müəssisə tərəfindən rəhbərlik ediləcəkdir. Əgər hər hektarda 2 ailə başçısının çalışacağını nəzərdə tutsaq, deməli, 160 min ailə bunun bəhrəsini görəcəkdir.

Digər tərəfdən, indiyə qədər Azərbaycanın bu regionunda kənd əhalisinin əsas məşğuliyyəti pambıqçılıq idi. İndi isə şəkər çuğunduru əkinləri pambıq sahələri qədər olacaqdır. Bu da əkinçilərin xeyrinədir.

Hörmətli cənab Prezident!

Zati-alinizin regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində kənd təsərrüfatı məhsulları istehsalına xüsusi diqqət yetirməyiniz sayəsində, enerji sektorunda olduğu kimi, sizin rəhbərliyinizlə Azərbaycan bu sahədə də uğurlar qazanmaqdadır.

Tarixdə həmişə millətlərin durğunluq və inkişaf zamanı vardır. Sizin iqtisadi siyasətiniz Azərbaycan xalqını ayağa qaldırmışdır və hər bir kəs çalışmaqdadır.

Əziz qonaqlarımıza bir misal çəkmək istəyirəm. 1992-ci ildə biz qaçqın-köçkünlərə Almaniyadan yardım kimi göndərilən evləri quraşdırarkən, bir bölgədə icra hakimiyyəti protokol üçün Azərbaycan bayrağını asmağımıza kömək etməyi bacarmadı.

Ancaq Sizin inkişafa istiqamətləndirilmiş təşəbbüsünüz və fəlsəfəniz sayəsində indi icra hakimiyyətlərinin başçıları biznesmenləri şəhərin mərkəzi küçələrində qarşılayırlar. Çox önəmli rəqabət yaranıb - hər kəs öz rayonunda iş yeri açmaq istəyir. Bu, Sizin müəyyən etdiyiniz məqsəddir, vəsaitini, beynini və vaxtını sərf edən sərmayədar üçün böyük bir mənəvi dəstəkdir.

Artıq Azərbaycan hökumətinin rəsmi qurumlarının hamısı sizin fəlsəfənizi yaxşı anlamışlar. Ona görə də bu fürsətdən istifadə edərək, şəkər zavodunun inşasında işləri ləngitməyən və əllərindən gələn köməyi əsirgəməyən dövlət orqanlarının - Gömrük Komitəsinin, Nəqliyyat Nazirliyinin, “Azərenerji”nin, “Azəriqaz”ın və yerli icra hakimiyyətinin rəhbərlikləri və əməkdaşlarının bu sahədə zəhmətlərinin olduğunu vurğulamaq istəyirəm. “Azərsun” qrupu olaraq, Sizə minnətdarlığımızı, əlaqədar təşkilat və şəxslərə təşəkkürümüzü bildiririk.

Hörmətli cənab Prezident!

İcazə verin, bununla çıxışımı başa çatdırım.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı proqramının həyata keçirilməsinin bariz nümunəsi olan, bu bölgənin iqtisadiyyatında mühüm rol oynayacağına inandığımız şəkər zavodunun açılışında zati-alinizin iştirak etməsi ilə bizi şərəfləndirdiyinizə görə “Azərsun Holdinq” qrupu adından Sizə bir daha minnətdarlığımızı bildiririk.

Cənabi-Haqqdan Sizə cansağlığı arzulayırıq.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

Torpaqdan yoğrulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi VİDEO

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi VİDEO

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib