“İMZA” İctimai Birliyi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib
Bakı, 10 may, AZƏRTAC
“İMZA” İctimai Birliyinin kollektivi birliyin sədri Xəyyam Əsgərov ilə birlikdə müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Fəxri xiyabanda dahi siyasətçinin məzarını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə əklil və gül dəstələri qoyulub.
Ziyarət zamanı Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.