İNDİYƏDƏK GÖYÇAYDA ZƏMİLƏRDƏN 40 MİN TONA YAXIN TAXIL YIĞILMIŞDIR
Göyçay, 9 iyul (AZƏRTAC). Göyçay rayonunun fermerləri və torpaq mülkiyyətçiləri bu il taxıl sahələrində bol məhsul yetişdirmişlər. Biçin kampaniyasına ciddi hazırlaşan taxıl istehsalçıları məhsulu vaxtında və itkisiz toplamaq üçün bütün qüvvələrini səfərbər etmişlər.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən bildirmişlər ki, 16 min 823 hektar taxıl zəmisindən bu günədək 15 min 500 hektarı biçilmiş və ümumilikdə 40 min tona yaxın məhsul toplanmışdır. Hər hektarın məhsuldarlığı 26,3 sentner olmuşdur. Biçin kampaniyasına 45 kombayn cəlb olunmuşdur. Rayondakı iri taxıl zəmilərinin məhsulu artıq yığılmışdır. Hazırda kiçik pay torpaqlarında yetişdirilən taxıl biçilir.
Taxıl biçinini iyulun 15-dək başa çatdırmaq üçün bütün qüvvələr səfərbər edilmişdir. Bol məhsul istehsalında rayonun Qaraxıdır, Hacalıkənd, Yekəxana, Bığır, Mırtı, Qarayazı, Ərəb, Şahsoltanlı, Alpout, Qaraməryəm kəndlərinin fermerləri xüsusilə fərqlənmişlər.
Xatırladaq ki, ötən il Göyçayda 16 min 448 hektar sahədən 43 min 69 ton taxıl biçilmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]