İndoneziyada güclü daşqınlar nəticəsində 26 nəfər həlak olub
Tokio, 24 yanvar, AZƏRTAC
İndoneziyanın Sulavesi adasında baş vermiş güclü daşqınlar nəticəsində azı 26 nəfər həlak olub, 24-ü isə itkin düşüb.
AZƏRTAC Detik portalına istinadla xəbər verir ki, bu barədə yanvarın 24-də Təbii Fəlakətlərin Qarşısının Alınması Agentliyinin Cənubi Sulavesi əyaləti üzrə rəhbəri Syamsibar məlumat verib.
Məmurun bildirdiyinə görə, təbii fəlakət nəticəsində 3900-dən çox sakin evlərini tərk etmək məcburiyyətində qalıb.
Artıq bir neçə sutkadır ki, davam edən leysan yağışları əyalətin paytaxtı Makasara şəhərindən 30 kilometr məsafədə yerləşən Bili-Bili bəndində suyun daşmasına səbəb olub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:05]
Rusiya XİN Ermənistanla münasibətlərdə sonrakı siyasi kursu açıqlayıb
- 08.06.2026 [14:27]
İyunun 8-i Ümumdünya Okeanlar Günüdür
- 08.06.2026 [14:25]
Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər
- 08.06.2026 [13:40]
Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar
- 08.06.2026 [13:36]