Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“İnnovasiyalar həftəsi” çərçivəsində İnnovasiya Yol Xəritəsinin təqdimatı olub

Bakı, 26 oktyabr, Elvin Camalov, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi ilk beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində oktyabrın 26-da ölkəmizdə innovasiyaların inkişafı üzrə layihələrin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən təşkil olunan tədbirdə “Bilik iqtisadiyyatı – Azərbaycanın innovasiya yol xəritəsi layihəsi”, “Azərbaycanda biliyə əsaslanan və innovativ iqtisadiyyatın inkişaf etdirilməsi – qiymətləndirmə və təkliflər sənədi”, “Azərbaycanın yüksək texnologiyalar sektoruna dəstək göstərilməsi üçün effektiv investisiya şərtləri və xüsusi müəssisələrə investisiya yatırılması qaydaları: yüksək texnologiyalara və İKT-yə investisiya yatırılması ilə Azərbaycanın gələcəyinin qurulması”, “Azərbaycanın gələcəyinin formalaşdırılması: rəqəmsal iqtisadiyyatın inkişafı üçün Milli Konsepsiyanın və innovativ strukturların inkişaf etdirilməsi – yüksək texnologiyalı müəssisələrin investisiyaları üçün Fəaliyyət Planı” təqdim olunub.

Qeyd edək ki, innovasiyalar üzrə yol xəritələri Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının ekspertləri tərəfindən hazırlanıb.

Tədbirdə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və BMT-nin İnkişaf Proqramının Avropa və MDB ölkələri üzrə regional direktorunun müavini Rastislav Vrbenski çıxış ediblər.

Nazir R.Quluzadə bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında innovasiyalarla bağlı əsas hədəflər öz əksini tapıb.

İnnovativ inkişaf modelinin reallaşması üçün ölkəmizin iqtisadi siyasətində artıq bir neçə əsaslı addımlar atıldığını qeyd edən nazir, qanunvericilik bazasının təkmilləşdirildiyini, sənaye və texnoloji parkların yaradıldığını diqqətə çatdırıb.

“İnnovasiya fəaliyyətində yüksək texnologiyalar, o cümlədən informasiya və kommunikasiya texnologiyaları mühüm rol oynayır. İKT təhsil, səhiyyə, kənd təsərrüfatı, istehsalat, xidmət, sosial və sair sahələrdə innovasiyaların tətbiqinə geniş imkanlar açır. Müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsini təmin etmək məqsədilə - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Yüksək Texnologiyalar Parkı” təsis edilib, həmçinin Mingəçevir şəhərində “Yüksək Texnologiyalar Parkı” yaradılıb. Bu parklarda vergi və gömrük güzəştləri tətbiq edilir”, - deyə nazir əlavə edib.

O, hazırda texnoloji parkların fəaliyyətinin genişləndirilməsi, yüksək texnologiyalar sahəsində yeni istehsal müəssisələrinin yaradılması üzrə işlər aparıldığını bildirib.

İnnovasiya fəaliyyətinin stimullaşdırılması məqsədilə nazirliyin “Yüksək Texnologiyalar Parkı”nda Biznes İnkubasiya Mərkəzi yaradıldığını bildirən nazir burada 30-dan çox startap layihəsinin fəaliyyət göstərdiyini vurğulayıb.

“Bundan başqa Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi yüksək texnologiyalar sənayesində müxtəlif növ yeni materialların alınması, nanotexnologiyalar sahəsində prioritet olan istiqamətlər üzrə işlər aparır. İnnovativ sahibkarlığın dəstəklənməsi üçün nazirliyin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu fəaliyyət göstərir. Kommersiyalaşmış uğurlu innovativ layihələrə güzəştli kreditlər verilir və daha uğurlu layihələrin maliyyələşməsi üçün fond birgə investor kimi çıxış edir. Artıq bu məqsədlə 6 qrant müsabiqəsində 117 layihə maliyyələşdirilib”.

R.Quluzadə, həmçinin qeyd edib ki, hazırda bir çox ölkə iqtisadiyyatın innovativ inkişafı üçün strategiyalar, proqramlar, yol xəritələri hazırlayır və həyata keçirirlər. Onun sözlərinə görə, bu sənədlərin hazırlanması nüfuzlu beynəlxalq və yerli ekspertlərin cəlb olunmasını, böyük araşdırma və təhlillərin aparılmasını tələb edir. “Elə buna görə də “Azərbaycanın innovasiya yol xəritəsi layihəsi”nin BMT-nin İnkişaf Proqramı tərəfindən hazırlanmasını yüksək qiymətləndiririk. Bir məsələni xüsusi vurğulamaq istəyirəm. Dünyada dayanıqlı inkişafda BMT-nin İnkişaf Proqramı xüsusi rol oynayır. Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da BMT-nin İnkişaf Proqramı aktiv fəaliyyət göstərir. Ölkəmizdə startap hərəkatının genişləndirilməsinə və innovativ ideyaların reallaşdırılmasına dəstək məqsədilə həyata keçirilən “İdeyadan Biznesə” layihəsində də BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq edirik. Bakı şəhərində Robotexnika laboratoriyasının yaradılması istiqamətində birgə çalışırıq. Bizim üçün BMT-nin İnkişaf Proqramı etibarlı tərəfdaşdır. Fürsətdən istifadə edərək onlara bir daha öz təşəkkürümüzü bildiririk”.

BMT-nin İnkişaf Proqramının Avropa və MDB ölkələri üzrə regional direktorunun müavini Rastislav Vrbenski Azərbaycanın innovasiya sahəsində öz modelinin olduğunu bildirib. O, bu günlərdə keçirilən Beynəlxalq Humanitar Forumda innovasiyalar üzrə xüsusi panel iclaslarının keçirilməsini də bu sahəyə göstərilən diqqətin təzahürü kimi xarakterizə edib. Forum günlərində Heydər Əliyev Mərkəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən innovativ məhsul və xidmətlərin, startapçıların uğurlu tətbiqlərinin nümayiş olunduğu sərgidə real startap layihələri ilə tanış olmaqdan müsbət enerji aldığını, bu sahənin ölkəmizdə prioritet olmasının üstünlüyünü qeyd edib. Ölkəmizdə startap hərəkatının geniş vüsət aldığını qeyd edən R.Vrbenski BMT-nin İnkişaf Proqramı olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə startap layihələrinə dəstək verməkdən məmnunluğunu ifadə edib. Eyni zamanda bildirib ki, bu sahədə həyata keçirilən işlər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması prosesini sürətləndirir.

Çıxışlardan sonra, “Bilik iqtisadiyyatı – Azərbaycanın innovasiya yol xəritəsi layihəsi”nin videoçarxı iştirakçılara təqdim olunub,

Tədbir İKT sahəsində innovasiya siyasəti ideyalarının və ixtiralarının istehlakçılar üçün dəyər yaradan məhsul və ya xidmətə çevrilməsi prosesinə dəstək, innovasiyalar qarşısında duran əngəlləri rəqabət mühiti və hüquqi islahatlarla azaltmaq, hökumətin birbaşa maliyyələşdirdiyi, eyni zamanda, həyata keçirdiyi inkişaf fəaliyyətini koordinasiya etmək məqsədi daşıyır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"

Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib

Bakı Təşəbbüs Qrupunun rəhbəri: Fransanın dənizaşırı ərazilərinin və Korsikanın müstəqillik mübarizəsinə dəstək göstəririk VİDEO

ICESCO Baş katibinin müşaviri: Qeyri-maddi və maddi mədəni irs abidələri təhlükə altındadır

Baş katibin müavini: Azərbaycanın tətbiq etdiyi “ASAN Viza” sistemi turistlər üçün olduqca əlverişlidir

Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub

Ərdoğan: Bəzi Avropa ölkələrində ifrat irqçiliyin dəstəkləməsi Qərb demokratiyası üçün fəlakətdir

Keniyadan olan din xadimi: Gördüyümüz mənzərə, törədilən vəhşiliklər çox ürəkağrıdıcıdır