“INTEL” KORPORASİYASI 40 İLLİK YUBİLEYİNİ İNNOVASİYA FƏALİYYƏTİ İLƏ QEYD EDİR
AZƏRTAC xəbər verir ki, “Intel” korporasiyası 40 illik yubileyini innovasiya fəaliyyəti ilə qeyd edir. Korporasiyanın təqdim etdiyi “World Mural Project” layihəsində kompyuterlərin növbəti 40 il ərzində dünyanı necə dəyişəcəyi barədə gənclərin təsəvvürləri əks olunur.
1968-ci ildən yaradılan “Intel” dəfələrlə texnoloji innovasiya nümunələri nümayiş etdirmişdir. Bunlardan ən başlıcası ilk mikroprosessorun hazırlanması olmuşdur.
Yaxın 40 il ərzində korporasiyanın texnologiyaları əsasında səhiyyənin və ətraf mühitin qlobal problemlərini həll edəcək layihələr hazırlanacaqdır. Korporasiyanın yubileyi münasibətilə hazırlanan “World Mural Project” layihəsi internet-texnologiyaların köməyi ilə işlənib hazırlanan rəqəmsal incəsənət əsəri olmuşdur. Layihə infrastruktur cəhətdən zəif inkişaf etmiş bölgələrdə yaşayan gənclərə şəxsi həyatlarında və peşə sahəsində uğurlara nail olmaq üçün zəruri vərdişlər qazanmaqda kömək edən sinifdənkənar texniki təhsil ictimai proqramı çərçivəsində bütün dünyada fəaliyyət göstərən “Intel” kompyuter klubları şəbəkəsinin iştirakçıları tərəfindən yaradılmış vizual və mətn obyektlərini özündə birləşdirir.