İNTENSİV TEXNOLOGİYALAR ƏSASINDA
Şəki rayonu ölkəmizin ən iri taxıçılıq bölgələrindən biridir. Rayonun taxılçıları gələn il azı 300 min ton payızlıq arpa və buğda məhsulu tədarük etmək niyyətindədirlər.
AZƏRTAC xəbər verir ki, bu rəqəm cari mövsümdə yığılmış məhsuldan təqribən 30 faiz çoxdur. Həmin məqsədə nail olunmağında dənli bitkilərin becərilməsində intensiv texnologiyaların tətbiqi çox kömək edəcəkdir. Şəkinin fermer təsərrüfatlarında bu cür texnologiyalardan getdikcə daha geniş miqyasda istifadə edilir.
Yüksək məhsul yığımına zəmanət verən əsas amillərdən biri keyfiyyətli toxum materialından istifadə edilmişdir. Məlum olduğu kimi, bu il respublikamıza Krasnodar diyarından 7 min ton birinci reproduksiyaslı toxumluq buğda gətirilməlidir. Onun bir hissəsi Şəki taxılçılarına veriləcəkdir. Yerli mütəxəssislərin hesablamalarına görə, yeni sortlardan istifadə edilməsi sayəsində rayon üzrə hektarın orta məhsuldarlığı artaraq 35 sentnerdən 40 sentnerə çatacaqdır.
Əkinçilər “Aqrolizinq” regional mərkəzinin mütəxəssislərini yüksək məhsul əldə olunmasında haqlı olaraq özlərinin şərikləri hesab edirlər. Mərkəzin sərəncamında 54 şum traktoru, 65 kombayn və 227 vahid digər kənd təsərrüfatı texnikası vardır. Onların köməyi ilə taxıl zəmilərində əkin, becərmə və məhsul yığımı işləri aparılır.
Şəkililər gələn il rekord məhsul əldə etmək niyyətindədirlər. Hələlik isə bu yolda ilk addımlar atılır - rayonun dağlıq hissəsindəki təsərrüfatlarda payızlıq arpa və buğda səpini davam edir.