REGİONLAR
İNVESTİSİYA QOYULUŞU HESABINA “DƏVƏÇİ-BROYLER”DƏ YENİDƏNQURMA TƏDBİRLƏRİ APARILIR
Azərbaycan İnvestisiya Şirkətindən (AİŞ) AZƏRTAC-a bildirmişlər ki, qurum tərəfindən “Dəvəçi-Broyler” ASC-nin nizamnamə kapitalında 25 faiz payın əldə olunması müqabilində 12 milyon manat investisiya qoyulmuşdur. ASC-yə yatırılmış investisiya hesabına quşçuluq müəssisəsində yenidənqurma tədbirləri aparılır. Bu investisiya 14 fermanın təmirinə, yeni avadanlıqla təchizatına, 8 fermanın istehsal texnologiyasının dəyişdirilməsinə, mövcud kəsim sexlərinin gücünün artırılmasına, yeni istehsalat həcminə uyğunlaşdırılmasına, toyuq ətindən yarımfabrikatların istehsalının təşkil edilməsinə və Azərbaycanda inkubator yumurtalarının istehsalı ilə məşğul olan yeni birgə müəssisənin nizamnamə kapitalında iştirakına yönəldilmişdir.