İORDANİYA HÖKUMƏTİ İRAQA TƏQRİBƏN 2,5 MİN QƏDİM ƏŞYA QAYTARIR
AZƏRTAC xəbər verir ki, İordaniya hökuməti 2.466 qədim əşyanı İraqa qaytarır. Həmin əşyalar ABŞ ordusunun komandanlığı altında koalisiya qüvvələrinin ölkəyə müdaxiləsinin başlandığı vaxtdan oğurlanmışdı. İraqın turizm və arxeologiya naziri Muhəmməd Abbas Auraybi jurnalistlərlə görüşündə bildirmişdir ki, bütün qiymətli əşyalar yaxın günlərdə qablaşdırılıb Bağdada göndəriləcəkdir.
Arxeolojı və tarixi dəyəri olan bütün əşyalar son bir neçə ay ərzində İordaniya hüquq mühafizə orqanları tərəfindən aparılmış bir neçə xüsusi əməliyyat nəticəsində qaçaqmalçılardan müsadirə edilmişdir. Artefaktlar arasında gümüş sikkələr, boyunbağılar, qədim şumer yazıları olan kağızlar, saxsı qab-qacaq və digər əşyalar vardır.
Bundan əvvəl Suriya da bu cür xoşməramlı addım atmışdır.
İndiyədək İraqa onun hüdudlarından kənara çıxarılmış 8,5 min qiymətli əşya qaytarılmışdır.
İraqın Turizm və Arxeologiya Nazirliyinin məlumatına görə, ABŞ-ın müdaxiləsindən bəri ölkə təqribən 15 min qədim əşyadan məhrum olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:36]
Böyük Britaniyada “Ryanair” aviaşirkəti ilə bağlı araşdırma başlanıb
- 11.06.2026 [13:35]
Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib
- 11.06.2026 [13:25]
Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb
- 11.06.2026 [13:13]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
- 11.06.2026 [13:11]
Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]