İordaniya Senatının üzvü: Şəhərlər qurularkən ədalət və əlçatanlılıq prinsipinin nəzərə alınması vacibdir
Bakı, 13 may, AZƏRTAC
Mövcud şəhərlərimizi müasir formada yenidən qurmalıyıq. Şəhərlər qurularkən ədalət və əlçatanlılıq prinsipinin nəzərə alınması çox vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu İordaniya Senatının üzvü Asya Abdel Yaqi "Şəhərlər hamı üçün - Heç kim kənarda qalmasın" adlı tədbir çərçivəsində "Əlçatan şəhərlər və inklüziv gələcək: Dövlət, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti əməkdaşlığı" mövzusunda keçirilən panel iclasda çıxış edərkən deyib.
Senat üzvü şəhərlərin zahirən gözəlliyinin mühüm əhəmiyyət kəsb etmədiyini vurğulayaraq daha çox şəhərlərin əlçatan olmasının vacibliyinə toxunub.
O, rəqəmsal transformasiyanın hazırda yeni imkanlar yaratdığını qeyd edib: "Şəhərlər getdikcə bir çox problemlərlə üz-üzə qalır. Biz, eyni zamanda, şəhərlərdə xidmət konsepsiyasına da diqqət yetirməliyik. Daha sonra problemi həll etməkdənsə, əvvəlcədən yoluna qoymaq lazımdır. Bunun üçün hökumət, beynəlxalq təşkilatlar və QHT-lər birlikdə əməkdaşlıq etməlidir".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [14:50]
Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
- 07.08.2026 [14:09]
Mütəxəssis: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil
- 07.08.2026 [13:50]
Səbaildə obyektdə baş verən yanğın məhdudlaşdırılıb – YENİLƏNİB 2 VİDEO
- 07.08.2026 [12:11]
Ucarda 1 tondan çox çətənə kolu məhv edilib
- 07.08.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [11:29]
Ötən gün narkotiklərlə əlaqəli 29 fakt müəyyən edilib
- 07.08.2026 [11:18]
Tovuzda pensiya və sosial müavinətlərə dair ictimai dinləmə olacaq
- 07.08.2026 [11:12]