İQTİSADİYYAT
İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Bakı, 14 mart, AZƏRTAC
Martın 15-də Bakı Fond Birjasında (BFB) "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu" ASC-nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildirilib ki, emissiyanın məbləği 20 milyon manat, nominal qiyməti 1000 АZN, hərrac qiyməti 1008.8333 AZN, istiqrazların tədavül müddəti 23 il, faiz dərəcəsi 3 faiz, faiz gəlirinin ödəniş müddəti 6 aydan birdir. "PSG-Kapital İŞ" QSC anderrayter vəzifəsində çıxış edir.
Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək.
AİF-in ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) "Emitentlər" bölməsində yerləşdirilib.