İqlim dəyişikliyi Arktikanın nadir ekosistemini təhlükə altında qoyur
Bakı, 11 may (AZƏRTAC). Arktika insan fəaliyyəti nəticəsində atmosferə buraxılan qaz tullantılarının törətdiyi görünməmiş istiləşmə prosesinə məruz qalır.
Bu fikir Danimarkanın paytaxtı Kopenhagendə başa çatan “Arktika qlobal proseslərin carçısıdır: iqlim dəyişikliyi və çirklənmə“ mövzusunda beynəlxalq elmi konfransın həmsədrlərinin birgə bəyanatında vurğulanmışdır.
Sənəddə deyilir: “Arktikada qar və buz gözlənildiyindən də sürətlə əriyir və Dünya Okeanının səviyyəsinin daha da yüksəlməsinə gətirib çıxarır. Suyun səviyyəsinin 2100-cü ilədək 0,9-1,6 metr yüksələcəyi güman edilir. İqlim dəyişikliyi çirklənmə ilə birlikdə Arktikanın nadir ekosistemini təhlükəyə altında qoyur”.
Ən müasir elmi nəticələr təsdiq edir ki, Arktikada dəyişikliklər bütün dünyada baş verən proseslərlə sıx bağlıdır. Arktikada və ümumən dünyada ətraf mühiti qoruyub saxlamaq üçün möhkəm elmi əsasa söykənən qlobal fəaliyyət lazımdır.
AZƏRTAC xəbər verir ki, Kopenhagen konfransında 20 ölkədən Arktika problemləri üzrə 400-dən çox alim və ekspert iştirak etmişdir. Görüşü Arktika Şurası çərçivəsində fəaliyyət göstərən Arktikanın monitorinqi və dəyərləndirilməsi üzrə İşçi qrupu Kopenhagen və Orxuss universitetləri birgə əməkdaşlıq şəraitində təşkil etmişdir.
Konfrans Arktika Şurasının mayın 12-də Nuukada (Qrenlandiya) xarici işlər nazirləri səviyyəsində keçiriləcək yeddinci müşavirəsi ərəfəsində keçirilmişdir.
Arktika Şurasına Danimarka, İslandiya, Kanada, Norveç, Rusiya, ABŞ, Finlandiya və İsveç daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [14:08]
ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir
- 09.09.2026 [12:53]
Avropada qazın qiyməti son 3 ilin maksimumuna yüksəlib
- 09.09.2026 [12:39]
Fransada yanğınsöndürənlər tətilə başlayıblar
- 09.09.2026 [12:27]
BMT: Təhsil müəssisələrinə hücumların sayı rekord həddə çatıb
- 09.09.2026 [11:59]