İqlim dəyişikliyi və havanın çirklənməsi gözün sağlamlığına təsir göstərə bilər – Mütəxəssis rəyi
Bakı, 13 avqust, AZƏRTAC
İqlim dəyişikliyi və havanın çirklənməsi gözün sağlamlığına həm birbaşa, həm dolayı yolla təsir göstərə bilər.
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasının Oftalmologiya kafedrasının baş laborantı Firuzə Həsənova AZƏRTAC-a bildirib ki, havanın temperaturunun artması göz yaşının daha sürətlə buxarlanmasına, həmçinin yanma, sulanma, qızartı və quru göz şikayətlərinin yaranmasına səbəb olur.
“Toz, tüstü və hava çirkləndiriciləri göz səthini qıcıqlandıraraq allergik konyuktivit və iltihab əlamətlərinin yaranmasına səbəb ola bilər. İqlim dəyişikliyi polen mövsümünün uzanmasına və allergenlərin artmasına şərait yarada bilər ki, bu da allergik göz xəstəliklərinin, o cümlədən qaşınma, yanma, batma hissiyyatı şikayətlərinin artması ilə nəticələnir. Meşə yanğınlarından yaranan tüstü və xırda hissəciklər göz səthində qıcıqlanmanı və quruluğu əhəmiyyətli dərəcədə artıra bilər. Güclü ultrabənövşəyi şüalanma uzunmüddətli təsirdə katarakta və göz səthinin bəzi xəstəliklərinin yaranma riskini artırır”, - deyə F.Həsənova bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.08.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 13.08.2026 [11:17]
Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
- 13.08.2026 [11:15]
Ötən gün narkotiklərlə əlaqəli 27 fakt müəyyən edilib
- 13.08.2026 [11:13]