İqor Qarafuliç: WUF13 əlilliyi olan şəxslər üçün yaxşı platforma olacaq VİDEO
Bakı, 13 may, AZƏRTAC
Əlilliyi olan şəxslərə həsr edilmiş tədbir çox mühüm bir mesaj verir. Çünki bu həftə Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) öz işinə başlayır. Bu tədbirdə logistika, mənzil təminatı kimi vacib mövzularla yanaşı, inklüzivlik də müzakirə olunacaq.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı müvəqqəti rezident-əlaqələndiricisi İqor Qarafuliç jurnalistlərə müsahibəsində deyib.
O, tədbir iştirakçılarının sayının çox olmasını yüksək qiymətləndirib. Qeyd edib ki, WUF13 əlilliyi olan şəxslər üçün yaxşı platforma olacaq. Çünki WUF13 Azərbaycan Əməliyyat Şirkəti əlilliyi olan şəxsləri həmişə diqqət mərkəzində saxlayır.
Müxbir - Günel Türksoy
Fotoqraf - İlqar Cəfərov
Videooperator - Şövqi Əzizov