İqtisadiyyat İnstitutunun əməkdaşları beynəlxalq konqresdə məruzə ediblər
Bakı, 18 may, AZƏRTAC
Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun əməkdaşları “Türk dostluğu əsaslı əməkdaşlıq: tarixdən gələcəyə beynəlxalq münasibətlərin perspektivləri” mövzusunda III beynəlxalq Türk dünyası strateji araşdırmalar konqresində iştirak ediblər.
İqtisadiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, tədbirdə İnklüziv sosial inkişaf şöbəsinin müdiri professor Rəsmiyyə Abdullayeva “Türk dövlətlərinin dünyaya inteqrasiyası və dayanıqlı inkişaf: sosial sahibkarlıq modeli” və İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya” şöbəsinin müdiri Allahyar Muradov “Türk dövlətlərinin inkişaf etmiş ölkələrlə iqtisadi əlaqələrinin innovativ inkişafa təsiri: çətinliklər və imkanlar” mövzularında məruzə ediblər.
Konqresdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Moldova, Yaponiya, Almaniya, Hindistan, Cənubi Koreya, ABŞ, Kanada, İtaliya və digər ölkələrdən 100-ə yaxın elm adamı iştirak edib. Tədbir Mərmərə Universiteti Siyasi elmlər fakültəsinin və Türk Dünyası Yörük Türkmən Birliyinin təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, TİKA, YTB, Türk Akademiyası, Türk Dünyası Bələdiyyələr Birliyinin dəstəyi ilə reallaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.05.2026 [11:59]
Gəncədə keçirilən “Düşün və yarat” hakatonu başa çatıb, qaliblər elan olunub
- 18.05.2026 [11:55]
MDU-nun Bakı filialı magistraturaya qəbul elan edir
- 17.05.2026 [18:18]
Beynəlxalq Muzeylər Gününə həsr olunmuş seminar
- 17.05.2026 [17:38]
WUF13 və Azərbaycanın elmi potensialı
Bu saata olan əsas xəbərlər
- [12:00]
WUF13-ün ikinci günü – FOTOLAR
- [11:41]
Avropa Kuboku: Azərbaycan cüdo millisi komanda hesabında birinci olub
- 17.05.2026 [22:19]
Bolnisidə Atatürkün xatirəsi anılıb
- 17.05.2026 [21:57]
Malini Mehra: WUF13 çoxtərəfli tərəfdaşlıq üçün mühüm imkan yaradır
- 17.05.2026 [21:50]
Tramp: Vaxt İranın əleyhinə işləyir
- 17.05.2026 [21:21]