Baş katib: Xarici qonaqlar Qarabağda gələcəyin şəhərlərinin necə qurulduğunu yaxından gördülər
Bakı, 18 may, AZƏRTAC
QHT-nin WUF13-dəki ilk tədbiri dünyanın müxtəlif ölkələrindən və şəhərlərindən nümayəndələrin iştirak etdiyi, su qıtlığı və su ehtiyatlarının səmərəli idarə olunması məsələlərinə həsr olunmuş platformadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qlobal Cənub QHT Platformasının yeni seçilmiş Baş katibi Fuad Kərimli Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində (WUF13) keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, təşkilat qlobal canlılıq platformasında panelist qismində təmsil olunub: “Panelistlər Pakistan, Nigeriya və Oman da daxil olmaqla bir sıra ölkələrdən qatılmışdılar. Çıxışlarda gələcəyin şəhərlərində su ehtiyatlarının dayanıqlı şəkildə idarə olunmasının vacibliyi, su resurslarının düzgün idarə edilməməsinin qadınlara və gənclərə təsiri, eləcə də gələcəyin şəhərlərinin hansı prinsiplər əsasında qurulmalı olduğu diqqətə çatdırıldı”.
Fuad Kərimli qeyd edib ki, çıxışlar zamanı Qarabağa təşkil edilən səfərlərdən də bəhs olunub: “Panel iştirakçıları Qarabağda həyata keçirilən “ağıllı kənd” layihələri ilə tanış olduqlarını və gələcəyin şəhərlərinin necə formalaşdırıldığını yaxından gördüklərini bildirdilər. Onlar bu layihələrə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürlərini ifadə etdilər”.
Baş katib əlavə edib ki, xüsusilə “smart city” layihələri istiqamətində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və onların tərəfdaşları Azərbaycan təcrübəsinin öz ölkələrində tətbiqi imkanlarını tədbir çərçivəsində geniş müzakirə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.05.2026 [11:41]
WUF13-ün ikinci günü – FOTOLAR
- 18.05.2026 [11:38]
WUF13 Azərbaycanın iqtisadi potensialını dünyaya təqdim edəcək
- 18.05.2026 [11:32]
Polşa rəsmisi WUF13-də çoxtərəfli tərəfdaşlıqların vacibliyini vurğulayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
WUF13-ün ikinci günü – FOTOLAR
- [11:41]
Avropa Kuboku: Azərbaycan cüdo millisi komanda hesabında birinci olub
- 17.05.2026 [22:19]
Bolnisidə Atatürkün xatirəsi anılıb
- 17.05.2026 [21:57]
Malini Mehra: WUF13 çoxtərəfli tərəfdaşlıq üçün mühüm imkan yaradır
- 17.05.2026 [21:50]
Tramp: Vaxt İranın əleyhinə işləyir
- 17.05.2026 [21:21]
Bakının ev sahibliyi etdiyi WUF13 dünya mediasının diqqət mərkəzindədir
- 17.05.2026 [20:58]
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfərə gəlib
- 17.05.2026 [20:40]