Mozambikli memar: Azərbaycan dayanıqlı şəhər inkişafı üzrə qlobal gündəmdə mühüm rol oynaya bilər
Bakı, 18 may, AZƏRTAC
Müasir dövrdə şəhərlərin qarşısında duran çağırışlar dayanıqlı inkişaf məsələsini daha da акtual edir. Bu kimi beynəlxalq tədbirlər ölkələr və şəhərlər arasında bilik və təcrübə mübadiləsi baxımından mühüm platformadır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) iştirakçısı, Mozambikin Matola bələdiyyəsindən olan memar və şəhərsalma üzrə mütəxəssis Manuel Nhanzima deyib.
O qeyd edib ki, tədbir iştirakçılara həm öz təcrübələrini bölüşmək, həm də dünyanın müxtəlif ölkələrində tətbiq olunan innovativ yanaşmaları öyrənmək imkanı yaradır: “Dayanıqlı şəhərlərin gələcəyi qlobal əməkdaşlıqdan və şəhərsalma məsələlərinə vahid yanaşmadan keçir. Biz özümüzü ayrı-ayrı, tam müstəqil bələdiyyə və ya ölkə kimi deyil, vahid dünyanın bir hissəsi kimi görməliyik. Dünyada həyata keçirilən təşəbbüsləri izləmək və mövcud imkanlardan faydalanmaq vacibdir".
Manuel Nhanzima Azərbaycanın dayanıqlı şəhər inkişafı üzrə qlobal gündəmdə mühüm rol oynaya biləcəyini də diqqətə çatdırıb. Onun fikrincə, Azərbaycan ilk növbədə bilik və təcrübə paylaşımı istiqamətində əhəmiyyətli töhfə verə bilər. Bununla yanaşı, mənzil və şəhərsalma problemlərinin həlli üçün maliyyə imkanlarının genişləndirilməsi məsələsi də xüsusi əhəmiyyət daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.05.2026 [11:22]
WUF13-də rəqəmsal texnologiyaların mənzil sektorunda rolu vurğulanıb
- 18.05.2026 [11:17]
Bu ilin 4 ayında 997 min şəxsə 752 milyon manat müavinət və təqaüd ödənilib
- 18.05.2026 [11:13]
ADRA energetik içkilərin reklamı ilə bağlı yayıcılara müraciət edib
- 18.05.2026 [11:08]
Qlobal Cənub QHT Platformasının nümayəndə heyəti "ASAN xidmət”də
- 18.05.2026 [11:04]
Daha bir itkin-şəhidin dəfn mərasimi olacaq
Avropa Kuboku: Azərbaycan cüdo millisi komanda hesabında birinci olub
- 17.05.2026 [22:19]
Bolnisidə Atatürkün xatirəsi anılıb
- 17.05.2026 [21:57]
Malini Mehra: WUF13 çoxtərəfli tərəfdaşlıq üçün mühüm imkan yaradır
- 17.05.2026 [21:50]
Tramp: Vaxt İranın əleyhinə işləyir
- 17.05.2026 [21:21]
Bakının ev sahibliyi etdiyi WUF13 dünya mediasının diqqət mərkəzindədir
- 17.05.2026 [20:58]
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfərə gəlib
- 17.05.2026 [20:40]
Bu saata olan əsas xəbərlər
- 17.05.2026 [20:00]
“Sabah”a qalib gələn “Neftçi” Konfrans Liqasına vəsiqə qazanıb
- 17.05.2026 [19:59]
İnsan olmadan şəhər olmaz: WUF13-də icma və QHT-lərin səsi
- 17.05.2026 [19:58]
Azərbaycan ən qlobal WUF tədbirinə uğurla ev sahibliyi edir
- 17.05.2026 [19:34]
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfərə gəlib
- 17.05.2026 [19:24]
Birləşmiş Ərəb Əmirlikləri PUA hücumlarına məruz qalıb
- 17.05.2026 [19:22]
Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşünün yekun seqmenti keçirilib
- 17.05.2026 [19:16]