Cibutili nümayəndə: Əlilliyi olan şəxslər üçün şəhərlərdə bütün lazımi şərait yaradılmalıdır
Bakı, 18 may, AZƏRTAC
Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər WUF13 tədbirində iştirak etməkdən məmnunuq. Burada bizə göstərilən qonaqpərvərliyə görə Azərbaycan xalqına öz minnətdarlığımızı bildiririk.
Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Cibuti Respublikasının Əlilliyi Olan Şəxslər üzrə Milli Agentliyinin nümayəndəsi Abdillahi İbrahim deyib.
O, Bakıda təşkil olunan forumun əhəmiyyətindən danışıb: “Forumun bizim üçün əhəmiyyəti ondan ibarətdir ki, burada əlilliyi olan şəxslərin də səsi bütün beynəlxalq tədbirlərdə eşidilməli və nəzərə alınmalıdır. Buna görə də inklüziv yanaşmanın tətbiqi çox vacibdir. Biz burada iştirak etməklə bir daha bildiririk ki, əlilliyi olan şəxslərin səsi və onların bütün ehtiyacları nəzərə alınmalıdır. Bugünkü sessiyamız da məhz buna həsr olunub – şəhərlərdə hər bir şəxsin, o cümlədən əlilliyi olanların yaşaması və işləməsi üçün bütün lazımı şərait yaradılmalıdır, heç kim diqqətdən və qayğıdan kənarda qalmamalıdır”.
Müxbir - Aynur Əlixanlı
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.05.2026 [11:41]
WUF13-ün ikinci günü – FOTOLAR
- 18.05.2026 [11:38]
WUF13 Azərbaycanın iqtisadi potensialını dünyaya təqdim edəcək
- 18.05.2026 [11:32]
Polşa rəsmisi WUF13-də çoxtərəfli tərəfdaşlıqların vacibliyini vurğulayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
WUF13-ün ikinci günü – FOTOLAR
- [11:41]
Avropa Kuboku: Azərbaycan cüdo millisi komanda hesabında birinci olub
- 17.05.2026 [22:19]
Bolnisidə Atatürkün xatirəsi anılıb
- 17.05.2026 [21:57]
Malini Mehra: WUF13 çoxtərəfli tərəfdaşlıq üçün mühüm imkan yaradır
- 17.05.2026 [21:50]
Tramp: Vaxt İranın əleyhinə işləyir
- 17.05.2026 [21:21]