Polşa rəsmisi WUF13-də çoxtərəfli tərəfdaşlıqların vacibliyini vurğulayıb
Bakı, 18 may, AZƏRTAC
Nyu-Yorkda aparılacaq hökumətlərarası danışıqlarda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) səsləndirilən fikir və təkliflər nəzərə alınacaq.
AZƏRTAC xəbər verir ki, bunu Polşanın BMT-dəki daimi nümayəndəsi Kriştof Şerski WUF13 çərçivəsində baş tutan "Assambleyaların Birgə Bağlanışı" adlı iclasda deyib.
O bildirib ki, dayanıqlı şəhər inkişafında tərəfdaşlıqlar mühüm rol oynayır və Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması üçün çoxtərəfli əməkdaşlıq vacibdir.
Diplomat qeyd edib ki, yerli və regional idarəetmə qurumları yalnız xidmət göstərən tərəf deyil, əsas tərəfdaş və iştirakçı kimi qəbul edilməlidir.
Kriştof Şerski dövlət-özəl tərəfdaşlıqlarının vacibliyini qeyd edərək, özəl sektor üçün proqnozlaşdırılabilən və əlverişli mühitin yaradılmasının zəruri olduğunu bildirib. Onun sözlərinə görə, inklüzivlik, həmrəylik və hesabatlılıq şəhər inkişafı siyasətlərinin əsas prinsipləri olmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.05.2026 [12:19]
Uqanda nümayəndəsi: WUF13 faydalı platformadır
- 18.05.2026 [12:10]
Bado Başu: WUF13 şəhərsalma sahəsində əməkdaşlığı gücləndirir
- 18.05.2026 [12:07]
Maka Boçorişvili: Bakı yüksəksəviyyəli konfransa ev sahibliyi edir
- 18.05.2026 [11:41]