İran regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrinə maraq göstərir
Tbilisi, 12 mart, AZƏRTAC
Tbilisidə səfərdə olan İran İslam Respublikası parlamentinin Gürcüstan parlamenti ilə dostluq qrupunun üzvləri Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, görüşdə regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri diqqət mərkəzində olub. Bu layihələrin region dövlətləri arasında əməkdaşlığın inkişafında, eləcə də təhlükəsizlik məsələsində mühüm rol oynadığı xüsusi qeyd olunub.
Tərəflər regional təhlükəsizliyin bərqərar olmasında və münaqişələrin həllində parlamentlərin rolunu yüksək qiymətləndiriblər.
Bildirilib ki, bu gün iki ölkə arasında iqtisadi, ticarət, təbii ehtiyatlardan istifadə, tikinti, mədəni, humanitar və turizm sahələrində əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur. Bu sahələrdə regional əməkdaşlıq regional münaqişələrin həllində də mühüm əhəmiyyət kəsb edəcək.
Görüşdə regionda həyata keçirilən irimiqyaslı nəqliyyat layihələrinin, xüsusən də böyük İpək yolu, “Şərq-Qərb” magistralının əhəmiyyəti xüsusi qeyd olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:39]
İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib
- 12.06.2026 [12:22]
İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib
- 12.06.2026 [12:20]
Pakistanda polisə hücum olub: ölənlər var
- 12.06.2026 [12:15]
“Mehr”: İran və ABŞ arasında memorandum 14 bənddən ibarətdir
- 12.06.2026 [12:03]
Yaponiya yeni nəsil H3 raketini uğurla orbitə çıxarıb
- 12.06.2026 [11:31]