İranda elektrik stansiyasında güclü yanğın baş verib
Bakı, 9 may, AZƏRTAC
İranın İsfahan şəhərindəki böyük elektrik stansiyasında güclü yanğın baş verib.
AZƏRTAC İranın Mehr informasiya agentliyinə istinadla xəbər verir ki, yanğının səbəbi hələlik məlum deyil. Hadisə yerinə gələn xüsusi xidmət orqanlarının nümayəndələri araşdırma aparırlar. Stansiyanın direktoru Hüseyn Əmini jurnalistlərə bildirib ki, yanğın zamanı ölüm halı baş verməyib. Stansiyada çalışanlar vaxtında təxliyə edilib.
Sosial şəbəkələrin İran seqmentində isə bildirilir ki, tanınmayan pilotsuz uçan aparat İsfahan üzərində bir neçə dəfə dövrə vurduqdan sonra elektrik stansiyasına bomba atıb. Bu da güclü yanğına səbəb olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]
Pskov hava limanında uçuşlar dayandırılıb
- 09.06.2026 [12:25]