İranın aviasiya şirkətinin və Ermənistanın turizm agentliyinin adları ABŞ-ın sanksiyalar siyahısına düşüb
Tehran, 25 yanvar AZƏRTAC
İranın aviasiya şirkətinin və Ermənistanın turizm agentliyinin adları ABŞ-ın sanksiyalar siyahısına düşüb.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın Maliyyə Nazirliyi İranın “Fars Air Qeshm” aviasiya şirkətini və Ermənistanın “Flight Travel” turizm agentliyinin adlarını sanksiyalar siyahısına salıb.
Terrorçuluqla mübarizə bəhanəsi ilə sanksiyalara məruz qalan “Fars Air Qeshm” şirkəti kifayət qədər tanınmış və gəlirli şirkətlərdən biri idi. Yerli mətbuat qeyd edir ki, ABŞ-ın sanksiyalarının məqsədi heç də terrorçuluqla mübarizə aparmaq deyil. Rəsmi Vaşinqton İrana gəlir gətirən şirkətləri beynəlxalq aləmdən təcrid etməklə ölkə iqtisadiyyatına zərbə vurmağa çalışır. Qeyd olunan şirkətin sərnişin və yük daşınmasında əhəmiyyətli payı var.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:39]
İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib
- 12.06.2026 [12:22]
İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib
- 12.06.2026 [12:20]
Pakistanda polisə hücum olub: ölənlər var
- 12.06.2026 [12:15]
“Mehr”: İran və ABŞ arasında memorandum 14 bənddən ibarətdir
- 12.06.2026 [12:03]
Yaponiya yeni nəsil H3 raketini uğurla orbitə çıxarıb
- 12.06.2026 [11:31]