İRANLI İNCƏSƏNƏT USTALARININ KONSERTİ OLACAQDIR
Oktyabrın 26-da Mərkəzi konsert salonu – “Respublika” sarayında İran İslam Respublikası incəsənət ustalarının iştirakı ilə böyük konsert proqramı veriləcəkdir.
Saraydan AZƏRTAC-ın müxbirinə demişlər ki, konsertdə “Araz-Azəri” musiqi qrupunun müşayəti ilə populyar müğənnilər Rəhim Şəhriyarinin, Rəşid Vətəndustun, Həbib Qasıminin və Rəhim Oxrəvinin ifasında xalq mahnıları, Azərbaycan və İran bəstəkarlarının sevilən mahnıları səslənəcəkdir.