İsfar Sarabski Brüsseldə Zəfər Günü münasibətilə konsert verib
Bakı, 30 oktyabr, AZƏRTAC
Brüsseldə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Belçika Azərbaycan Evi və Belçika Azərbaycanlıları Federasiyasının təşkilatçılığı ilə 8 Noyabr-Zəfər Gününə həsr olunmuş “Victory” adlı konsert proqramı keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Avropa Komissiyasının, Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Konsertdə “İsfar Sarabski trio” çıxış edib. Azərbaycanın Əməkdar artisti, virtuoz fortepiano ifaçısı İsfar Sarabskini kontrabasda Makar Novikov, zərb alətlərində Saşa Maşin müşayiət edib.
İzləyicilərin alqışları ilə müşayiət olunan konsert diqqətləri bir daha Azərbaycanın Qarabağda qazandığı misilsiz qələbəyə yönəldib.
Konsert çərçivəsində Zəfər Gününə həsr olunmuş fotosərgi də nümayiş etdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]