MƏDƏNİYYƏT
İsfar Sarabski Parisdə konsert proqramı ilə çıxış edəcək
Bakı, 10 yanvar, AZƏRTAC
Cazmen, Əməkdar Artisti İsfar Sarabski yanvarın 13-də Parisdə konsert proqramı ilə çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) birgə təşkilatçılığı ilə reallaşacaq konsert barədə məlumat TEAS-ın “facebook” səhifəsində yer alıb.
İsfar Sarabski 2009-cu ildə İsveçrədə “Montreux Jazz Festival” beynəlxalq musiqi festivalında qalib gəlib. O, caz, klassik və Azərbaycan milli musiqisinin ritmlərini birləşdirərək öz kompozisiyasını yazır. İ.Sarabski Londonun “Royal Albert Hall” və “Ronnie Scott’s Jazz Club”, Berlinin “The Asphalt Jazz Club”, Parisin “Le Duc des Lombards” kimi bir çox məşhur caz klublarında konsertlər verib, habelə məşhur cazmenlərlə eyni səhnəni bölüşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]