İşğaldan azad olunmuş Cəbrayıl rayonunda anım günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
Lənkəran, 12 dekabr, Bağır Əliyev, AZƏRTAC
Dekabrın 12-də işğaldan azad olunmuş Cəbrayıl rayonunda ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən polis şöbəsinin inzibati binasının qarşısında, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Cəbrayıl rayonuna səfəri zamanı ucaltdığı dövlət bayrağının ətrafında və rayonun girişində, ümumilikdə, 100-dən çox ağac əkilib.