İsmayıllı rayonunda bir sıra fermer və sahibkar təsərrüfatlarına baxış keçirilib
Bakı, 17 sentyabr, AZƏRTAC
İsmayıllı rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıqvə akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn tədbirlərin icra vəziyyətinin qiymətləndirilməsi məqsədilə görüş keçirilib.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində əvvəlcə rayon ərazisində fəaliyyət göstərən bir sıra fermer və sahibkar təsərrüfatlarına baxış keçirilib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin və aidiyyəti dövlət qurumlarının məsul şəxsləri təsərrüfatlarda aparılan işlərlə yerində tanış olublar.
Səfər çərçivəsində “AZCHİCKEN PRODUCTİON” MMC, “AAFT” MMC, fiziki şəxs Səlahəddin Məmmədovun təsərrüfatı və “İvanovka təbii qidaməhsulları” MMC-yə baş çəkilib. Burada istehsal fəaliyyəti, mövcud imkanlar, təsərrüfatların inkişaf istiqamətləri vəistehsal gücünün artırılması ilə bağlı görülən işlər barədə məlumat verilib.
Sonra İsmayıllı Rayon İcra Hakimiyyətinin inzibati binasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan fermer və sahibkarların, həmçinin Qərargah üzvlərinin iştirakı ilə toplantı keçirilib. Toplantıda çıxış edənlər ölkəmizdə aqrar sektorun inkişafına, ərzaq təhlükəsizliyinin təmin edilməsinə və fermerlərin fəaliyyətinin dəstəklənməsinə yönəlmiş tədbirlərdən danışıblar. Qeyd olunub ki, müəyyənləşdirilmiş hədəflərin yerlərdə reallaşdırılması dövlət qurumları, yerli icra hakimiyyəti orqanları, fermer vəsahibkarlar arasında əlaqələrin və əməkdaşlığın daha da gücləndirilməsini zəruri edir.
Sonda fermer və sahibkarların müraciətləri, təklifləri və onları narahat edən məsələlər dinlənilib. Səsləndirilən problemlərin aidiyyəti dövlət qurumları tərəfindən araşdırılması və həlli istiqamətində zəruri tədbirlərin görüləcəyi bildirilib.