İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib
İsmayıllı, 26 yanvar, AZƏRTAC
Yanvarın 26-da İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəzada Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu minik avtomobili ilə toqquşub.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, polis əməkdaşları və təcili tibbi yardım stansiyasının əməkdaşları cəlb olunub.