İspaniya mətbuatı Azərbaycanın Avroviziya müsabiqəsindəki iştirakçısından yazır
Madrid, 28 dekabr, AZƏRTAC
İspaniyanın www.ABC.es portalında “Dihaj Avroviziya 2017 müsabiqəsində Azərbaycanın səsi olacaq” sərlövhəli məqalə dərc olunub. Məqalədə Azərbaycanı növbəti mahnı müsabiqəsində təmsil edəcək səhnə təxəllüsü Dihaj olan Dinara Hacıyevanın yaradıcılıq fəaliyyəti haqqında ətraflı məlumat verilir. Eləcə də ölkəmizin Avroviziya müsabiqəsindəki iştirakının tarixi və uğurlarından söz açılır.
Məqalədə deyilir ki, Azərbaycan bu ifaçını seçərək göndərməklə eksperimental musiqinin uğuruna inam ifadə edir. Azərbaycan təmsilçisinin fank, soul və caz stillərinə üstünlük verməsi qeyd olunur.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.05.2026 [19:00]
“Təbiətin fırça izi” sərgisi - gənc yaradıcılığın yeni təqdimatı
- 23.05.2026 [14:07]
Milli Teatrda "Payız sonatası" hazırlanır
- 23.05.2026 [13:04]
Bakıda Üçüncü Kəlağayı Festivalı təşkil olunub
- 22.05.2026 [22:26]
İlyas Demirci: WUF13-ün Azərbaycanda keçirilməsindən böyük məmnunluq duyuram
- 22.05.2026 [21:52]
WUF13 çərçivəsində mədəniyyət gecəsi VİDEO
- 22.05.2026 [19:57]