İspaniyada şiddətli fırtına və leysan yağışları insan tələfatına səbəb olub
Madrid, 13 sentyabr, AZƏRTAC
İspaniyada siklon nəticəsində əmələ gələn şiddətli fırtına və leysan yağışları ən azı 2 nəfərin həlak olmasına səbəb olub.
AZƏRTAC Mülki qvardiyanın məlumatına istinadla xəbər verir ki, Albasete əyalətində leysan yağışları nəticəsində su basmış ərazidə iki təqaüdçünün cəsədləri tapılıb. Sentyabrın 12 -də təbii fəlakət nəticəsində 93 yaşayış məntəqəsində məktəblərdə dərslər dayandırılıb. Fırtına və leysan yağışlarından ən çox Valensiya, Alikante, Mursiya və Kastiliya-La-Mança əyalətləri zərər görüb. “Renfe” şirkəti infrastruktur məntəqələrində daşqınlar səbəbindən əyalətlər arasında dəmiryolu səfərlərini təxirə salıb. Ümumilikdə, ölkənin iyirmiyə yaxın regional yolları bağlanılıb, bələdiyyələrin əksəriyyətində küçələr və yollarda hərəkət dayandırılıb. Sequra çayının daşması nəticəsində Mursiyanın bələdiyyələrində 156 nəfər təxliyə edilib.
İspaniyanın Müdafiə nazirinin səlahiyyətlərini icra edən Marqarita Robles bildirib ki, şiddətli fırtına və yağışların nəticələrini aradan qaldırmaq üçün Fövqəladə Hərbi Bölmə Oriyelu şəhərinə öz canlı qüvvə və texnikasını göndərib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [15:37]
Sabah dəniz suyunun temperaturu 24 dərəcəyədək isti olacaq
- 18.06.2026 [13:25]
Növbəti iki gün hava əsasən yağmursuz keçəcək – PROQNOZ
- 18.06.2026 [12:35]
Sabah Azərbaycanda havanın temperaturu 38 dərəcəyədək yüksələcək
- 17.06.2026 [15:52]
Mütəxəssis: Səhralaşmanın toxunmadığı materik və qitə yoxdur
- 17.06.2026 [12:53]
Abşeron çimərliklərində hava necə olacaq?
- 17.06.2026 [12:31]
Sabah ölkə ərazisində havanın temperaturu 36 dərəcəyə yüksələcək
- 17.06.2026 [12:03]
Xəzər dənizində zəlzələ qeydə alınıb
- 17.06.2026 [08:50]
Bu gün Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Günüdür
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]
Astarada avtomobil dərəyə aşıb: Ölən və yaralananlar var
- 18.06.2026 [23:02]
Tramp: ABŞ sülhə sadiqdir
- 18.06.2026 [22:52]
AZAL: Hava şəraiti ilə əlaqədar Bakı–Naxçıvan reysləri ləğv edilib
- 18.06.2026 [22:35]
Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb
- 18.06.2026 [22:30]
Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb
- 18.06.2026 [22:06]
Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub
- 18.06.2026 [21:42]
İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır
- 18.06.2026 [21:31]