Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsrailli ekspert: “Xocalı soyqırımının ideoloqları və icraçıları beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər”

Bakı, 26 fevral, AZƏRTAC

Azərbaycanın Moldovadakı səfirliyi, Moldova Respublikası Hökuməti yanında İctimai İdarəetmə Akademiyası, Moldova İctimai Palatası Xocalı soyqırımının 24-cü ildönümünə həsr edilmiş “Ərazi münaqişələrinin həllində ikili standartlar siyasəti” mövzusunda beynəlxalq konfrans keçiriblər.

AZƏRTAC xəbər verir ki, Moldova Respublikası Hökuməti yanında İctimai İdarəetmə Akademiyasının konfrans salonunda keçirilmiş tədbirdə Moldova Respublikasının sabiq parlament vəkili (ombudsman), İctimai Palatanın sədri Aureliya Qriqoriu, Moldovanın sabiq müdafiə naziri, politoloq, fəlsəfə doktoru Viorel Çebotaru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, fəlsəfə doktoru Məhsəti Əliyeva, Ukrayna Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, Ukraynanın Əməkdar Təhsil İşçisi Arif Quliyev, israilli məşhur politoloq Arye Qut çıxış ediblər. Konfransın işində Moldova dövlət orqanlarının, Moldovada akkreditə edilmiş diplomatik korpusun, Moldova mədəni və elmi ictimaiyyətinin təmsilçiləri, mətbuat nümayəndələri, Moldova Respublikası Hökuməti yanında İctimai İdarəetmə Akademiyasının müdavimləri, Moldova Azərbaycanlılar Konqresinin fəalları da iştirak ediblər.

Tədbiri Moldova Respublikası Hökuməti yanında İctimai İdarəetmə Akademiyasının birinci prorektoru, professor Andrey Qroza və Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev açıb.

İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut tədbirdə çıxış edib. O qeyd edib ki, Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ən dəhşətli və qanlı səhifələrindən biridir. İsrailli ekspert deyib: “Elə coğrafi adlar var ki, onlar insanın xislətindəki ən rəzil və alçaq cəhətlərin rəmzinə çevrilib: Babiy Yar, Liditsa, Oradur, Xatın və Sonqmi. Keçən əsrin 90-cı illərinin əvvəlində bu siyahıya daha bir ad - Azərbaycanın Xocalı şəhərinin adı əlavə edildi. O vaxtdan 24 il keçib, lakin erməni silahlı dəstələri tərəfindən Xocalı şəhərində törədilmiş qanlı qırğının ağrısı hələ də keçməyib. Erməni silahlı dəstələrinin vəhşiliyi və barbarlığı nəticəsində Xocalı sakinlərindən 613-ü öldürülüb, 487 nəfər şikəst olub, 1275 dinc sakin - qocalar, uşaqlar və qadınlar əsir götürülərək misli görünməmiş işgəncələrə, təhqirə və alçaldılmağa məruz qalıb. Bu, əsl soyqırımı aktı idi. Şahidlərin və xarici jurnalistlərin gördüyü tükürpədici mənzərə o qədər ağır və amansız idi ki, bu vəziyyəti sözlə təsvir etmək mümkün deyildi. Doğma Vətən torpağı onun tarixinə qəlbən bağlı olan sadə insanların, bu torpaqda yenicə ayaq tutub yeriməyə başlayan günahsız uşaqların cəsədlərini ilin soyuq fəslində öz ilıq ağuşuna aldı”.

Arye Qutun fikrincə, bu faciənin qəddar və amansız səhnələri Azərbaycanın qəlbində əbədi yara kimi qalacaq. A.Qut vurğulayıb: “Tarixi fakt bundan ibarətdir ki, erməni silahlı qüvvələri və muzdlu dəstələr Xocalı şəhərini və onun həndəvərini tərk etməyə macal tapmamış sakinlərin faktiki olaraq heç birinə rəhm etməyiblər. Mən Heydər Əliyev fondunun dəstəyi ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həm İsrail ictimaiyyəti qarşısında, həm də Avropanın müxtəlif ölkələrində keçirilən beynəlxalq forumlarda tez-tez çıxış edirəm . Dəfələrlə demişəm və bir daha təkrar edirəm, bu gün Ermənistanda yüksək vəzifələr tutan Seyran Ohanyan, Serj Sarkisyan, Robert Koçaryan və Xocalı soyqırımının digər təqsirkarları beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Cinayət cəzasız qalmamalıdır. Ermənistanın indiki prezidenti Sarkisyanın bir səmimi etirafını xatırlamaq kifayətdir. Onun sözlərinə görə, ermənilər mülki əhaliyə əl qaldıra bilmirdilər və məhz Xocalıda onlar bu stereotipi qıra bildilər. Ermənistanın təqsirkar olmasını həm Azərbaycanın hüquq-mühafizə orqanlarının əlində olan danılmaz faktlar, həm də çoxsaylı müstəqil beynəlxalq mənbələr, faciə şahidlərinin ifadələri və Xocalının işğalında iştirak etmiş erməni hərbçilərinin özlərinin dedikləri təsdiq edir”.

İsrailli ekspertin sözlərinə görə, bu gün artıq sirr deyil ki, Azərbaycan xüsusi xidmətlərinin məlumatına əsasən, hazırda 4928 nəfər, o cümlədən 56 uşaq, 327 qadın, 364 qoca hərbi əməliyyatlar zamanı itkin düşmüş hesab edilir. Azərbaycanın keçmiş Milli Təhlükəsizlik Nazirliyinin məlumatına görə, bu insanların bir qismi erməni əsirliyində xəstəlikdən vəfat edib, bir qısmi öldürülüb, bəzilərindən isə indiyə qədər ən ağır işlərdə qul kimi istifadə edirlər. Qut deyib: “Ermənistanda və işğal edilmiş ərazilərdə əsir və girov götürülmüş azərbaycanlılarla qəddar rəftar edilməsi, onların öldürülməsi, şikəst edilməsi və işgəncələrə məruz qalması barədə kifayət qədər informasiya və bunu təsdiqləyən ifadələr var”.

İsrailli ekspertin sözlərinə görə, İkinci Dünya Müharibəsi dövründə Vermaxtın tərkibində 20 minlik Erməni Legionunun qəddarlığı tarixi faktdır. Arye Qut konfrans iştirakçılarını şoka salan yeni faktlar vurğulayıb: “Millətçi qoşun başçısı Dronun rəhbərlik etdiyi Erməni Legionunun məqsədi yəhudiləri qırmaq idi. Erməni Legionu bununla yanaşı, cəza düşərgələrində “ölüm marşları” təşkil edirdi. Bu gün isə azad Ermənistan uğrunda “mübariz” kimi qələmə verilən həmin qatı antisemit və faşist Ermənistanın indiki hakim dairələrinə öz ekspansionist planlarına bəraət qazandırmaq və gənc nəsli başqa xalqlara nifrət ruhunda tərbiyə etmək üçün bir simvol kimi lazımdır. Bu faşist, yəhudilərin məhv edilməsinin iştirakçısı Ermənistanda, erməni tarixinə dair dərsliklərdə qəhrəman kimi qələmə verilir. Məgər bu hərəkətlər antisemitizm, böyüməkdə olan nəsil arasında faşizmə haqq qazandırmaq, onu təbliğ etmək nümunəsi deyilmi?! Dro və Njde müasir Ermənistanda geniş təbliğ olunur. Onların şərəfinə xatirə sikkələri zərb edilir, bədii və sənədli filmlər çəkilir, Ermənistanın paytaxtında isə bir meydana Qaregin Njdenin adı verilib. Vurğulayırıq: bu təbliğat hansısa marginal siyasi qruplaşmaların gücü ilə həyata keçirilmir - bu əməllərin arxasında Ermənistan dövləti dayanır”.

Arye Qut vurğulayıb: “Mənim fikrimcə, XX əsrin sonunda Azərbaycanın Xocalı şəhərində kütləvi qanlı qırğın törədənlər məhz erməni generalı Dronun və Njdenin varisləri olan Ermənistanın indiki prezidenti Serj Sarkisyan və müdafiə naziri Seyran Ohanyandır. Xocalıdakı bu soyqırımı aktı Ermənistanın Azərbaycana qarşı total müharibəsinin ayrılmaz hissəsi olub. Erməni faşistlər hətta insanları qətlə yetirəndən sonra onların cəsədlərini də rahat qoymurdular. Şahidlərin, o cümlədən xarici jurnalistlərin sözlərinə görə, həlak olmuş xocalı sakinlərinin meyitlərinin təhqir edilməsi faktları olub”.

Arye Qut deyib: “XX əsrin sonu - XXI əsrin əvvəlində minlərlə insanın kütləvi şəkildə qətlə yetirilməsi nə üçün bütün mənəvi, əxlaqi, siyasi kolliziyaların əsas mənbəyinə çevrilib, bütün başqa problemləri ağuşuna alıb. Mənim xalqımın faciəsi olmuş Holokost uzun müddət qapalı mövzu idi. Məhz bu səbəbdən, Azərbaycanın Xocalı şəhərində törədilmiş qanlı qətliam aktı mənim üçün şəxsi faciədir. Avropa yəhudilərinin fəlakətə məruz qaldığı dəhşətli illəri heç vaxt unutmaram. Bu fəlakət nəticəsində mənim xalqımın 6 milyon nümayəndəsi məhv edilib. O dəhşətli fevral gecəsində Xocalıda törədilənləri heç vaxt unutmaram. Həmin gecə erməni faşistlər insana nifrət təzahürü olan hərəkətlərin ən yüksək dərəcəsini göstərdilər. Xocalı qadınlarının, qocaların və uşaqların sifətlərindəki dəhşəti heç vaxt unutmaram. Onların çoxu başkəsən erməni terrorçuların əli ilə qətlə yetirildi, bəziləri isə erməni şovinistlərinin işgəncələrinə dözdülər, Ermənistan Respublikası rəhbərliyi tərəfindən yaradılmış müasir cəza düşərgələrində hökm sürən qeyri-insani şəraitə baxmayaraq sağ qaldılar”.

İsrailli ekspert çıxışının sonunda deyib: “Mən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının fəal iştirakçısı kimi, üzümü dünya ictimaiyyətinə tutub, Xocalıya ədalətli münasibət bildirilməsini tələb edirəm. Xocalı soyqırımının günahsız qurbanlarının xatirəsi naminə, bir daha öz analarını görməmiş uşaqların xatirinə, öz körpələrini bir daha heç vaxt sinələrinə basmayacaq anaların xatirinə biz bunu etməliyik. Dünya Xocalı haqqında bilməlidir. Xocalıya ədalət zəfər çalmalıdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AQEM-in iştirakçıları "ASAN xidmət"də

Göygöldə regional konfrans: “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi”

"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır

Milli Məclisin sədri: Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb

Fransada lisey etirazları: 5 mindən çox şəxs saxlanılıb, hökumət böhran toplantısı keçirib

Nazir müavini: Trans-Xəzər Fiber-Optik Kabel Layihəsi Azərbaycanın rəqəmsal tranzit qovşağı rolunu gücləndirəcək

Vüqar Məmmədov: Orta Dəhliz inteqrasiya olunmuş logistika ekosisteminə çevrilməlidir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Moskva vilayətinə dron hücumları nəticəsində ölən və yaralananlar var

“Sabah” FIBA Çempionlar Liqasında mübarizəyə başlayır

Şahin Mustafayev Rusiya Hökumətinin nümayəndələri ilə görüşüb YENİLƏNİB

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb

Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının fəaliyyətə başlayacağı tarix açılanıb

Almaniya səfiri: Bağlantılar tezliklə ikitərəfli iqtisadi münasibətlərimizdə energetikadan sonra ikinci yeri tutacaq

Sahibə Qafarova: İslam dünyasının qarşılaşdığı çağırışlar daha güclü əməkdaşlıq tələb edir

Laçında daha üç su elektrik stansiyası tikilir

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə bağlı yekun investisiya qərarının veriləcəyi tarix açıqlanıb

BMT QAK: 2025-ci ildə təxminən 5,8 milyon qaçqın uşaq təhsildən kənarda qalıb

Dünya çempionatı: Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxır

Azərbaycan fərqli tərəflər arasında dialoq imkanları yarada bilən dövlətdir RƏY

Səməd Bəşirli: Alman şirkətlərinə təklifimiz sadədir - Azərbaycana gəlin, lakin daha geniş region üçün istehsal edin

“e-müqavilə” altsistemində imzalanan müqavilələrin məbləği 3 milyard manatı ötüb

Pakistanda poliomielitə yoluxanların sayı artır

Makron və Merts Aİ-nin ticarət müdafiəsi mexanizmlərini gücləndirməyi təklif ediblər

Seçmə mərhələ: Azərbaycan U-21 millisi Cəbəllütariqlə qarşılaşacaq

Almaniya və Azərbaycan birgə layihələrin hazırlanması imkanlarını genişləndirmək niyyətindədir

® “AccessBank” QSC UPS üçün ehtiyat hissələrinin təchizatı tenderi elan edir

Nazir müavini: Noyabrın əvvəlində Azərbaycan biznes dairələrinin Almaniyaya səfəri gözlənilir

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Ən çox yağıntı Astaraya düşüb - faktiki hava

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

“Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və bəzi qərarlarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 2 iyun tarixli 180 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Vəkillər Kollegiyasının internet platformasına “mygov ID” inteqrasiya edilib

“Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmunu, habelə təhlükənin aradan qaldırılması tədbirləri, onların həyata keçirilməsi Qaydası və müddəti”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 11 avqust tarixli 296 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Səməd Vurğunun oğlu: Atamın şair və şəxsiyyət kimi böyüklüyünü mən uşaqlıqdan hiss etmişəm

Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir VİDEO

Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir VİDEO

Qaxda sürücülük hüququ olmayan gəncin törətdiyi qəza nəticəsində 17 yaşlı sərnişin ölüb

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

® İRİA və Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında birgə fəaliyyət planı elan olundu

Bu gün Ümumdünya Yaşayış Məskənlərinin Mühafizəsi Günüdür

BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət tədbirləri davam etdirilir

ABŞ hipersəs raketinin uçuş sınağını keçirib

Bu gün Ümumdünya Serebral İflic Günüdür

Dünya bazarında qızıl ucuzlaşıb

Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp “The New York Times” qəzetinin bağlanacağını bildirib

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır