İstanbulda İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin Nazirlər Toplantısı keçirilir
İstanbul, 2 dekabr, AZƏRTAC
İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 39-cu Nazirlər Toplantısı keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizi iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov təmsil edir.
Mərasimin yüksək səviyyəli ekspertlər toplantısında gündəlikdə duran məsələlər üzrə texniki müzakirələr aparılacaq və nazirlər sessiyasına təqdim edilmək üçün qərar layihələri hazırlanacaq.
Tədbirdə COMCEC-ə üzv ölkələr arasında ticarət, maliyyə, nəqliyyat, kommunikasiya, kənd təsərrüfatı, turizm, yoxsulluğun azaldılması, rəqəmsal transformasiya sahələrində əməkdaşlığın təkmilləşdirilməsi səyləri ilə bağlı müzakirələr aparılacaq. Bununla yanaşı, tədbir əsnasında “Halal sertifikatlarının qlobal səviyyədə tanınması” və “Qlobal mübahisələrin alternativ həlli” mövzularında panel iclasların keçirilməsi planlaşdırılır.
Tədbirin rəsmi açılış mərasimi dekabrın 4-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutacaq.
Toplantı dekabrın 5-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:34]
Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindərir
- 06.10.2026 [11:09]
Dünya Bankı Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını açıqlayıb
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]