İstanbulda səfərdə olan Azərbaycanın səhiyyə naziri millət vəkili Şamil Ayrımı ziyarət edib
İstanbul, 30 oktyabr, AZƏRTAC
Azərbaycanın səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.
AZƏRTAC xəbər verir ki, nazir ilk olaraq Azərbaycanda keçirdiyi avtomobil qəzasından sonra müalicəsi İstanbulda davam edən millət vəkili Şamil Ayrımı ziyarət edib.
Nazir Teymur Musayev millət vəkilinin səhhəti ilə maraqlanıb və ona şəfa diləyib.
Ziyarətdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva naziri müşayiət ediblər.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul