Azərbaycan Dövlət İnformasiya Agentliyi

İstanbulda “Türk Dünyası Tibb Konqresi” işə başlayıb

İstanbul, 30 oktyabr, AZƏRTAC

Oktyabrın 30-da İstanbulda “Türk Dünyası Tibb Konqresi” işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının himayəçiliyi, Türk Dövlətləri Təşkilatı (TDT) və Türkiyə Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirdə TDT-nin üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirləri, tibb universitetlərinin rəhbərləri, müxtəlif ölkələrdən xüsusi olaraq dəvət olunmuş elm adamları iştirak edirlər. Konqresdə ölkəmiz səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Konqresin ilk günündə “Postpandemiya dövründə qlobal səhiyyəyə yeni yanaşmalar” mövzusunda panel sessiyalar keçirilib. Türkiyəli professor Hasan Hüseyin Yıldırımın moderatorluğu ilə “Dayanıqlı qlobal təchizat zənciri idarəetmə modellərinə töhfə” mövzusunda panel müzakirələr aparılıb.

Sessiyada çıxış edən Azərbaycan səhiyyə nazirinin müavini Rasim İsmayılov ilk olaraq koronavirus pandemiyası dövründə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər və əldə olunan uğurlu nəticələr barədə məlumat verib.

R.İsmayılov çıxışının davamında koronavirus pandemiyasının istehsalçı və istehlakçı davranışına əhəmiyyətli dərəcədə təsiri, mövcud vəziyyətdə təchizat zəncirlərinin fasiləsiz işləməsi üçün yeni yanaşmaların və alətlərin vacibliyini vurğulayıb. Bildirilib ki, bir çox ekspertlər və bazar iştirakçılarının qənaətinə əsasən, tədarük zəncirlərinin yenidən qurulması üçün əsas yanaşmalardan biri “xəritələmə” - təchizat zəncirinin xəritələnməsi, yəni bütün təchizat zəncirinin vizuallaşdırılması olmalıdır: “Təchizat zəncirlərinin “xəritələnməsi” təchizatçıları, paylama mərkəzlərini, nəqliyyat marşrutlarını və əsas bazarların coğrafi yerini sistematik şəkildə qiymətləndirməyə imkan verir. Təchizatçıların seçimini apararkən diqqəti xərcləri minimuma endirmək deyil, riskləri minimuma endirməyə yönəltmək lazımdır”.

Rasim İsmayılov, həmçinin iştirakçılara Azərbaycanın iqtisadi inkişaf göstəriciləri və investisiya imkanları barədə məlumat verib.

Panel sessiyada Qazaxıstan Səhiyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq və inteqrasiya departamentinin direktoru Gülnara Muxanova, Özbəkistan Səhiyyə Nazirliyinin İqtisadi təhlil və proqnozlaşdırma Baş İdarəsinin rəis müavini Dilmurod Asatullayev, Türkiyə Əczaçılıq və Tibbi Cihaz Agentliyinin (TİTCK) sədr müavini Sevil Azak Sunqur və digərləri təqdimatlarla çıxış ediblər.

Sonra türkiyəli professorların moderatorluğu ilə “Səhiyyədə rəqəmsal transformasiya və süni intellect” mövzusunda panel sessiya keçirilib.

Sessiyada məruzə ilə çıxış edən Azərbaycan səhiyyə nazirinin səhiyyənin rəqəmsallaşdırılması üzrə müşaviri Rüfət Hacıəlibəyov rəqəmsallaşmanın səhiyyənin effektiv idarəetməni şərtləndirən ən mühüm alətlərdən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu məqsədlə Azərbaycan Səhiyyə Nazirliyini tərəfindən “2023-2027-ci illər üçün Rəqəmsal Səhiyyə Strategiyası” sənədi hazırlanıb.

Qeyd olunub ki, rəqəmsal səhiyyə strategiyasının hazırlanmasının əsas məqsədləri azad edilən ərazilər də daxil olmaqla, ölkənin bütün ərazisində vətəndaşların tibbi xidmətlərin keyfiyyətindən məmnunluğunu və göstərilən tibbi xidmətlərin yaxşılaşdırılmasına birbaşa cəlb olunmasının təmin edilməsi, digər dövlət qurumları ilə inteqrasiya olunmuş rəqəmsal səhiyyə infrastrukturunun yaradılmasıdır. Eyni zamanda, sənəddə müasir standartlara uyğun tibbi-statistik məlumatlar bazasının formalaşdırılması və məqsədyönlü təhlili, səhiyyədə iqtisadi şəffaflığın və səmərəliliyin artırılması, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılması və digər məsələlər əks olunub.

Sessiyada Qazaxıstan, Qırğızıstan, Türkiyə və digər ölkələrin səhiyyə üzrə nümayəndələri təqdimatlarla çıxış ediblər.

Sessiyada çıxış edən Azərbaycan Səhiyyə Nazirliyinin əməkdaşları nadir irsi xəstəliklər haqqında məlumat verib, bu xəstəliklərdən əziyyət çəkənlərin həyat keyfiyyətinin yaxşılaşdırılması üçün atılacaq addımların vacibliyi vurğulanıb.

Tədbir “Pandemiya və Peyvənd”, “Tədqiqat və İnkişaf” (Research and Development, R&D), “Xərçəng”, “Beynəlxalq əlaqələrdə səhiyyənin rolu” və digər mövzularda panel iclaslarla davam edib.

Daha sonra Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov, Azərbaycan Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin direktor müavini Fuad Quliyev, eləcə də Qazaxıstan, Özbəkistan nümayəndələri iştirakçıların suallarını cavablandırıblar.

Konqres çərçivəsində “Türk dünyası səhiyyə biznes sərgisi” açılıb.

Qeyd edək ki, oktyabrın 31-də TDT-nin üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin iclası keçiriləcək. Görüşdə səhiyyə sahəsində əməkdaşlıq, birgə layihələr və gündəmdəki digər məsələlər ətrafında geniş müzakirələr aparılacaq. Eyni zamanda, səhiyyə nazirlərinin toplantısında növbəti konqresin keçiriləcəyi ölkə müəyyən ediləcək.

Sonda dünyaşöhrətli alim, Nobel mükafatı laureatı, professor Əziz Sancarın adını daşıyan mükafatın təltifetmə mərasimi keçiriləcək.

Azərbaycan səhiyyə naziri Teymur Musayevin konqresdə çıxışı, təşkilatın üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri, həmçinin qardaş Türkiyədə çalışan azərbaycanlı həkimlərlə görüşləri nəzərdə tutulur.

Qeyd edək ki, 2021-ci il noyabrın 12-də İstanbulda TDT-nın “Rəqəmsal əsrdə yaşıl texnologiyalar və ağıllı şəhərlər” mövzusunda VIII Zirvə Görüşü keçirilib. Sammitdə “Türk dünyasına baxış 2040” sənədi qəbul edilib və dövlət başçıları Zirvə Görüşünün yekun sənədi olan İstanbul Bəyannaməsini imzalayıblar. Sənəddə, həmçinin TDT-yə üzv və müşahidəçi statusunda olan dövlətlərin səhiyyə nazirləri və alimlərinin iştirakı ilə hər il oktyabr ayında “Türk Dünyası Tibb Konqresi” keçirilməsi qeyd edilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib