İQTİSADİYYAT
İstehlaka yararsız mallar satışdan çıxarılmışdır
Bakı, 10 mart (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Nizami rayonunda "Fidan market"də, Binəqədi rayonunda "Abşeron market"də, Amin Cəfərova məxsus mağazada, Nizami rayonunda "Ay&Ar marketdə, Binəqədi rayonunda "Ailə market"də, "Dərnəgül market"də, "Xəzinə market"də, "Şah market"də, Səbail rayonunda "Araz market"də, Yasamal rayonunda "Qoşa çinar market"də, Şəki şəhərində "Ayaz market"də, Sumqayıt şəhərində Sərvər Hacıyevə, Sabirabad rayonunda Əli Əliyevə, Tərtər rayonunda Fizuli Nisamova, Gəncə şəhərində Hacı Rüfət Cəfərliyə, İsmayıl Hüseynova, Göygöl rayonunda Cəfər Cəfərova, Cəlilabad şəhərində Namiq Məlikova, Quba şəhərində Elşən Ələkbərova, Ağdaş rayonunda Çingiz Şavəddinova, Goranboy rayonunda Rüfət Teyyubova, Şahin Rüstəmova məxsus mağazalarda saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satılması, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilməməsi halları aşkarlanmışdır. Ümumilikdə, monitorinqlər zamanı 800 kiloqrama yaxın yararsız ərzaq malları məhv edilmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcəkdir.