İsveç demokratları sosial şəbəkələrdə anonim hesablar aparırlar
Stokholm, 15 may, Nərgiz Cəfərli, AZƏRTAC
İsveçin TV4 telekanalındakı “Soyuq faktlar” tədqiqatlar proqramının komandası müəyyən edib ki, “İsveç demokratları” partiyasının kommunikasiyalar şöbəsi sosial şəbəkələrdə anonim hesablar aparır.
AZƏRTAC xəbər verir ki, müəyyən edilmiş 23 feysbuk hesabı arasında 86 min izləyicisi olan "siyasi cəhətdən yanlışdır" səhifəsi var.
Ümumilikdə, tiktok, yutub, instaqram və feysbukda bu hesabların 260 min abunəçisi var. Yanvar-mart aylarında 27 milyondan çox baxışla minə yaxın yazı dərc edilib. Liberallar partiyasının lideri Yoxan Person tələb edir ki, “İsveç demokratları” partiyasının sədri Cimmi Okesson məsələ ilə bağlı açıqlama versin.
“Soyuq faktlar” tərəfindən açıqlanan məlumatlar qəbuledilməzdir! İnternetdə dezinformasiya və nifrət olduqca ciddi məsələdir. İsveç demokratları baş verənləri necə dayandırmaq niyyətində olduqlarını dərhal izah etməlidirlər. Cimmi Okesson kütləvi informasiya vasitələri və partiya katiblərinin suallarına cavab verməlidir”, - deyə Person bildirib.
Mötədillər partiyasının katibi Karin Enström mayın 20-də keçiriləcək görüşə digər partiya katiblərini çağırıb.
“Biz hamımız parçalanma və qütbləşməyə qarşı müqavimət göstərməliyik”, - deyə Enström vurğulayıb.
Cimmi Okesson hesab edir ki, TV4 telekanalının ifşa edilməsi partiyaya qarşı “qarayaxma kampaniyası”na nümunədir. Onun fikrincə, İsveç demokratlarının kommunikasiya şöbəsinin iş metodlarında qəribə bir şey yoxdur. “Biz utanmırıq”, - deyə partiyanın lideri bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]