İsveç Kiyevə 1,25 milyard dollarlıq hərbi yardım paketi ayırır
Bakı, 29 may, AZƏRTAC
İsveç Ukraynaya 1,25 milyard dollar həcmində növbəti hərbi yardım paketi təqdim edəcək. Bu Stokholmun Kiyevə ən böyük hərbi yardımı olacaq.
AZƏRTAC xəbər verir ki, “The Local” nəşri bu barədə İsveçin Baş nazirinin müavini Ebba Buşa istinadla məlumat yayıb.
“İsveç Ukraynaya 13,3 milyard kron (1,25 milyard dollar) həcmində 16-cı və ən böyük yardım paketini ayıraraq Kiyevə dəstəyini ifadə edir”, - deyə Ebba Buş bildirib.
Qərb mediası isə İsveçin müdafiə naziri Pol Yunsona istinadla paketə “Saab 340 AEW&C” erkən xəbərdarlıq və idarəetmə təyyarələrinin daxil olduğunu yazıb.
Beləliklə, İsveçin Ukrayna üçün nəzərdə tutduğu hərbi və digər yardımların həcmi 10 milyard dolları ötüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]
Serbiya Gürcüstanda səfirlik açacaq
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]