İsveç XİN: Aİ ölkələri Fələstin-İsrail münaqişəsi ilə bağlı ümumi xətt seçə bilmirlər
Stokholm, 15 may, AZƏRTAC
Avropa İttifaqı (Aİ) ölkələrində Fələstin-İsrail münaqişəsinə münasibət baxımından fikir ayrılığı var və onlar ümumi xətt seçə bilmirlər.
AZƏRTAC İsveç KİV-lərinə istinadla xəbər verir ki, bu fikri xarici işlər naziri Marqot Valström jurnalistlərə müsahibəsində söyləyib. O bildirib ki, yaranmış vəziyyətdə Avropa İttifaqının vahid xətti tuta bilməməsi kədərləndirici faktdır. “2009-cu ildən bəri mövcud olan ortaq məkanımız münaqişənin iki dövlət haqqında konsepsiya əsasında həllini nəzərdə tutur”, - deyən Valström bu cür yanaşmaya alternativin olmadığını da əlavə edib.
Yerusəlimdə ABŞ-ın yeni səfirliyinin açılmasından danışan Valström bildirib: “Hamı başa düşür ki, səfirliyin köçürülməsi çox pis hadisədir. Bu, mövcud vəziyyəti dəyişəcək və BMT-nin qətnamələrinə ziddir”. İsveçin xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, o, yaranmış vəziyyətdən çıxış yolu tapılmasına əvvəlki tək ümid bəsləyir. Marqot Valström Avropa İttifaqının İsveçin fəal rol oynaya biləcəyi görüş təşkil edəcəyinə ümidvar olduğunu söyləyib.
Xatırladaq ki, mayın 14-də ABŞ-ın Yerusəlimdə səfirliyinin açıldığı gündə israillilərlə fələstinlilər arasında qanlı toqquşma olub.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir
- 11.06.2026 [11:42]
Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib
- 11.06.2026 [11:39]