İsveçrə millisi Bakıda Avropa Liqası turnirində ilk qələbəsini qazanıb
Bakı, 23 iyun, AZƏRTAC
İyunun 23-də İsveçrə millisi Bakıda çimərlik futbolu üzrə Avropa Liqası turnirində ilk qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, Su İdman Sarayının ərazisində yerləşən Avropa Oyunları Parkında keçirilən turnirin ikinci turunda İsveçrə və Almaniya milliləri qarşılaşıblar.
Qarşılaşma İsveçrə millisinin 10:2 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk turda İsveçrə millisi Ukraynaya 4:5, Almaniya yığması isə İtaliyaya 0:3 hesabı ilə uduzub.
Gün ərzində Portuqaliya-Fransa və İtaliya-Ukrayna görüşləri keçiriləcək. İkinci tura Azərbaycan-Belarus oyunu ilə yekun vurulacaq.