İTALİYA RESPUBLİKASI NAZİRLƏR ŞURASININ SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB ROMANO PRODİYƏ
Ölkənizin milli bayramı - Respublika günü münasibətilə Sizə və dost xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Azərbaycan-İtaliya münasibətlərinin bugünkü səviyyəsi və inkişaf dinamikası sevindiricidir. Ümidvaram ki, birgə səylərimiz sayəsində nailiyyətlərimizi qoruyub saxlayacaq və xalqlarımızın mənafelərinə xidmət edən yeni-yeni uğurlar qazanacağıq.
Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, ölkənizə sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 25 may 2006-ci il.